Əsas Səhifə > Güney Press, Reklam > Azercell daha bir bilik yarışmasına dəstək oldu
Azercell daha bir bilik yarışmasına dəstək oldu10-12-2015, 15:26 |
Azərbaycanın bir sıra qabaqcıl şirkətləri, eləcə də ölkənin lider mobil operatoru Azercell Telekom-un dəstəyi və ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 13-cü Azərbaycan Biznes Keys Yarışmasının (ABCC) qalibləri bəlli olub. “ADA” Universitetində keçirilən final mərasimində 1-ci yeri – Azərbaycan Dövlət İqtisad Universiteti, 2-ci yeri – ADA Universiteti,3-cü yeri – Qafqaz Universitetini təmsil edən iştirakçılar qazanıb. 50 komanda arasından yalnız bu 3 Universitetinin tələbələri final mərhələsində iştirak etmək şansı qazanıblar. Qalib komandalara ümumilikdə 10 500 AZN mükafat təqdim olunub. 1-ci yerin sahibi 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN ilə mükafatlandırılıb. Pul mükafatı ilə yanaşı, qaliblərə yarışmaya dəstək verən digər şirkətlər tərəfindən müxtəlif mükafatlar, hədiyyə kuponları, xüsusi səyahət və digər hədiyyələr təqdim edilib. Qeyd edək ki, hər il olduğu kimi, qalib komandanın ən çox fərqlənən bir üzvünə Azercell şirkəti tərəfindən xüsusi təqaüd də təqdim olunub. Məlumat üçün bildirək ki, Azərbaycan Biznes Keys Yarışmasına bu ilin sentyabrında 50 komanda iştirak üçün müraciət etsə də, sonrakı müsahibə mərhələlərində komandaların sayı 21-yə endirilib. Yarışmada “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Qafqaz Universitetinin tələbələri iştirak ediblər. Qeyd edək ki, ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyi tərəfindən təşkil edilən yarışmanın əsası 2002-ci ildə qoyulub. İndiyə qədər 800-dən çox tələbə ABCC-də iştirak edib. Geri qayıt |