Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əyalətdə cücərən yeni oliqarxiya...
Əyalətdə cücərən yeni oliqarxiya...17-12-2015, 10:58 |
Meliorasiya və Su təssərrüfatı ASC –nin nəzdində fəaliyyət göstərən idarə və müəsissələrdə baş alıb gedən korrupsiya faktları ilə bağlı ölkə mediası dəfələrlə məlumat verib. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri müxtəlif işlərin adı altında mənimsəyən bu məmurlar regionlarda “kiçik oliqarxlara” çevriliblər. dia-az.life AzFakt.com-a istinadən xəbər verir ki, Şirvan rayonundan daxil olan məlumata görə Şirvan Meliorasiya-Mexaniki Təmir-İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən Şirvan Üzən Nasoslar Zavodunun rəisi Əliheydər Dövlətov dövlət vəsaitlərini mənimsəməklə kiçik oliqarxa çevrilib. Məlumatda deyilir ki, 20 ilə yaxındır Şirvan Üzən Gəmiz Zavodunun müdiri işləyən Əliheydər Dövlətov sözün həqiqi mənasında böyük var dövlət sahibi olub.Onu həyata keçirtdiyi korrupsiya maxinasiyalarında əsas ortağı isə Şirvan Meliorasiya-Mexaniki Təmir-İstehsalat Birliyinin müdiri Rafət İbrahimmov olduğu deyilir. Məlumatda qeyd olunur ki, hər iki ortaq korrupsioner məmur dövlət büdcəsindən ayrılan miyonlarla manat vəsaitləri müxtəlif işlərin görülməsi, təmiri, tikintisi adı altında sənədləşdirərək mənimsəyiblər. Şirvan Üzən Nasoslar Zavodunda işləyən mənbə qeyd edir ki, Əliheydər Dövlətov zavoda ayrılan elektrik naqilləri, avadanlıqları ehtiyyat hissələrini və yanacaq, sürtgü yağlarını matrealalrını silərək satır. Zavod müdirinin əsas gəlir mənbəyindən biri isə Şirvan Meliorasiya-Mexaniki Təmir-İstehsalat Birliyinin rəhbəri ilə əlbir olaraq idarə və müəsissələrə müxtəlif avadanlıqların satılması əməliyyatıdır. Bu əməliyyatla bərabər həmdə zavod Kür, Araz və digər başqa çaylarda fəaliyyət göstərən üzən gəmilərin, nasosların təmiri işindəndə böyük yeyintilər əldə olunur. Hər il üzən gəmilərin təmiri, yenilənməsi, avadanlıqlarının dəyişdirilməsi adı altında külli miqdarda vəsaitlər ayrılır ki, bu vəsaitlərin böyük hissəsi Əliheydər Dövlətovla Rafət İbrahimov tərəfindən ustlıqla mənimsənilir. Bundan başqa Zavodun nəzdində olan müxtəlif texnikları və maşınları Əlihedər Dövlətovun şəxsi malllaır kimi istifadə edir. Zavoddun həyətindəki açılan setka və tamet sexləridə məhz müdirə məxsusdur. Mənbə bildirir ki, Əliheydər Dövlətov korrupsiya yolu ilə qazandığı pullar hesabına Şirvan şəhərində xeyli sayda obyektlər tikib. Bundan başqa Hacıqabulla Şirvan arasındkı ərazidə ailəsinin adına 400 hektar torpaq sahəsi alaraq burada böyük təsərrüfat sahəsi yaradıb. Qeyd edilir ki, bir neçə ay öncə Əliheydər Dövlətov övladına toy edib. Həmin dəbdəbəli toyda paytaxtdan təşrif buyuran onlarla müğənni iştirak edib. İddialara görə, zavod müdiri oğlunun toyunda təkcə müğənnilərə 100 min manata yaxın xərc çəkib. Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Geri qayıt |