Əsas Səhifə > Güney Press, Reklam > Azercell “İlin Mobil Operatoru” seçildi

Azercell “İlin Mobil Operatoru” seçildi


18-12-2015, 15:59
Azercell “İlin Mobil Operatoru” seçildi
Ölkənin lider mobil operatoru Azercell Telekomun nailiyyətləri sırasına daha bir uğur əlavə olunub. Şirkət "Consulting&Business" jurnalının təsis etdiyi İlin Şirkəti 2015 mükafatının “İlin Mobil Operatoru” nominasiyası üzrə qalib seçilib. Mobil rabitə sahəsində ən innovativ meyyləri ölkədə təqdim edən Azercell şirkəti telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniklərə görə mükafatlandırılıb. Azercell Telekom MMC-nin yeni təyin olunmuş prezidenti Vahid Mürsəliyev mükafatı qəbul edərək "Consulting&Business" jurnalının idarə heyətinə şirkəti bu ada layiq gördüyünə görə, ilk növbədə isə Azercell-i öz mobil operatoru kimi seçən 4.5 milyon abunəçiyə minnətdarlığını bildirib. Vahid Mürsəliyev öz çıxışında Azercell-in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. “Azercell şirkəti yarandığı gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışıb. Bütün bu illər ərzində xidmətlərimizin və şəbəkəmizin mükəmməlliyi üzərində fokuslanaraq, texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq”- deyə şirkət prezidenti bildirib.

Qeyd edək ki, İlin Şirkəti Milli mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır. “İlin Şirkəti” milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur.

Geri qayıt