Əsas Səhifə > Güney Press, Reklam > “İstəyirik ki, "Bakcell"in Azərbaycanın əhalisi qədər müştərisi olsun”

“İstəyirik ki, "Bakcell"in Azərbaycanın əhalisi qədər müştərisi olsun”


21-12-2015, 17:31
“İstəyirik ki, "Bakcell"in Azərbaycanın əhalisi qədər müştərisi olsun”
“Müştərilərimizə xidmət etmək “Bakcell” şirkətinin əsas məqsədidir. İstəyirik ki, Azərbaycanın əhalisi qədər müştərisi olsun. Şirkət üçün bütün təbəqələr, xüsusilə də gənclər önəmlidir”.

Bunu “Bakcell” şirkətinin jurnalistlər üçün Şabranda yerləşən Qalaaltıda keçirdiyi “Mobil Telekommunikasiyaya giriş” adlı iki günlük seminarda şirkətin Müştəri Xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu bildirib.

O qeyd edib ki, “Bakcell”in ilk işi abunəçiləri sevindirməkdir: “Hazırda Azərbaycanda əhalinin 7.4 milyon nəfəri internet istifadəçisidir. Onlardan 2.6 milyonu sosial şəbəkəyə üzvdür. 7 milyon insan isə telefon işlədir”.

S.Bostancıoğlu mobil telefonu dünyanın ən böyük kəşfi hesab edir. O deyib ki, bu gün telefon bizim üçün həm də fotoaparatdır: “Müştərilərimiz arasında şagirdlər, gənclər, iş adamları, neftçilər, kiçik sahibkarlar, hətta əcnəbilər də var. Bu gün müştərini qazanmaq üçün ənənəvi ümumi baxışdan fərqli olaraq, daha xüsusi yanaşma tələb olunur”.

O, “Bakcell” müştərilərinin daha çox nədən şikayət etdiklərini açıqlayıb. Deyib ki, müştərilər ötən il daha çox şəbəkələrdən şikayətçi olublar: “Biz bir il ərzində mövcud olan bu problemlərin səbəblərini öyrəndik. Nəticədə zəng və əhatə problemləri 61%, data problemlərində isə 72% azalma müşahidə olunub”.

“Bakcell” rəsmisi qeyd edib ki, şirkətin ən önəmli işi şəbəkə ilə bağlıdır: “Müştəri xidmətlərinə əhalinin 92%-i məlumat almaq üçün, 3,5%-i isə şikayət üçün zəng edib. Müştərilər daha çox balans, internet paketlər, tariflər, şəbəkə, kontent provayderlərlə bağlı müraciət ünvanlayırlar”.

Geri qayıt