Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Biznesmen məmurların yeni siyahısı hazırlanır
Biznesmen məmurların yeni siyahısı hazırlanır24-12-2015, 12:47 |
Xəbər verdiyimiz kimi, bəzi yüksək vəzifəli məmurlar yaranmış vəziyyətdən, manatın dollar qarşısında dəyərini itirməsindən istifadə edərək külli miqdarda vəsait qazanaraq dövlətə ciddi ziyan vurublar. Bu şəxslərin arasında icra başçıları, nazir müavinləri kimi yüksək vəzifəli şəxslərin adı çəkilir. Bizimxeber.az-a daxil olan məlumata görə, artıq bu barədə məlumatlar yuxarı instansiyaların diqqətinə çatdırılıb və buna yol verən şəxslərin siyahısı hazırlanır. Devalvasiyadan yararlanaraq daha çox qazanc əldə etmək üçün hətta banklara təzyiqlər göstərən məmurların olduğu bildirilir ki, siyahıda adları olan bu məmurlarla bağlı tədbirlər görüləcək. Bu qanunsuzluğa yol verən icra başçılarının yerlərdəki fəaliyyətini yoxlamaq üçün düyməyə yaxın zamanda basılacağı da daxil olan məlumatlar arasındadır. Həmçinin bu icra hakimiyyəti başçılarını qadağan olunmuş biznes fəaliyyəti yoxlanılaraq tərəfdaşları müəyyən ediləcək və cəza tədbirləri görüləcək. Devalvasiyadan qazanclı çıxan məmurların işdən kənarlaşdılrılması da aktualdır. Xüsusilə Eldar Mahmudovun vəzifəsən kənarlaşdırılmasından sonra vəziyyət biznes şəbəkəsinə malik olan icra başçıları üçüç çətinləşib. Bundan əvvəlki “qaydalara” əsasən icra başçıları əsasən yerlərdə MTN-nin və xüsusilə də Eldar Mahmudovun inanılmış adamları ilə əməkdaşlıq edib və müəyyən aylıq haqq qarşılığında belə məmurlarla bağlı məlumatlar dövlət başçısından gizlədilib. MTN işindən sonra sözügedən məmurların adlarının açıqlanacağı gözlənilən idi. Eldar Mahmudov faktoru aradan qalxdığından sonra durum bisnesmen icra başçıları üçün mənfiyə doğru dəyişir. Siyahıda adı olan məmurların kreslosunu itirməsi və ya topladığı vəsaitin əlindən alınması müzakirə mövzusudur. Geri qayıt |