Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ölkənin baş dəmiryolçusu “Dədə öyüdləri”ni məcburi satdırır?
Ölkənin baş dəmiryolçusu “Dədə öyüdləri”ni məcburi satdırır?30-12-2015, 12:53 |
Şaxta Baba dəmiryolçulara poçt vasitəsi ilə yeni il hədiyyəsi olaraq şer sovqatı yollayıb, amma bu sovqat dəmiryolçuların bayram süfrəsindən nəyinsə əskik olmasına səbəb olur Bayram ərəfəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov rəhbərlik etdiyi qurumun bütün şöbə və idarələrinə babası, məşhur Azərbaycan aşığı Aşıq Şəmşirin “Dədə öyüdləri” kitabını yollayıb. AYD sədri bütün idarə və qurum rəhbərlərindən tələb edib ki, adı keçən kitab bütün dəmiryolçulara 10 manatdan satılmalıdır. Bu barədə PİA.AZ-a ünvanlanan şikayətdə bildirilir ki, Cavid Qurbanovun tapşırığına əsasən kitablar poçt vasitəsi ilə rayonlara yollanılıb. Dəmiryolu işçilərinə isə məcburi şəkildə “Dədə öyüdləri” kitabı satılır. Şikayətçi bildirir ki, manatın qiymətdən düşməsi ilə onsuz da onların cüzi maaşı bayram süfrələrinə yetmirdi, indii isə onlar məcburi şəkildə Aşıq Şəmşirin “Dədə öyüdləri” kitabını bayram süfrələrinə qoymalıdırlar. Qeyd edək ki, “Dədə öyüdləri” kitabı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi nəşr edib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə isə məşhur aşığın oğlu, Cavid Qurbanovun atası Qənbər Qurbanov rəhbərlik edir. Bizim apardığımız araşdırma nəticəsində məlum olub ki, dəmiryolçulara məcburi şəkildə satılan kitabların pulu da elə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə çatacaq. Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dinləməyə hazırıq… Geri qayıt |