Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əbülfəs Qarayev Cavid Qurbanovun qohumuna niyə dinmir?

Əbülfəs Qarayev Cavid Qurbanovun qohumuna niyə dinmir?


5-01-2016, 11:05
Əbülfəs Qarayev Cavid Qurbanovun qohumuna niyə dinmir?
DİA.AZ: - Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun bir müddət öncə təhsil sahəsindəki korrupsiya olaylarından sonra, növbəti neqativ hallar bu dəfə deyəsən özünü mədəniyyət və turizm sektorunda biruzə verməkdədir.
Belə ki, bir müddət öncə maliyyə nazirliyindən Kəlbəcər rayonunun İncəsənət Məktəbində maliyyə yoxlaması aparılsa da, yoxlamadan dərhal sonra Kəlbəcər rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göctərən incəsənət məktəbinin direktoru, məktəbin müəllimlərinə komissiyanın elə-belə otüşmədiyini çatdırıb. Hadisələr burada tək maliyyə komissiyasının gəlişi və ya "yola salınması"ilə bitsəydi dərd yarı olardı. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, məktəbin direktoru Ədalət Əliyev direktoru olduğu incəsənət məktəbinin müəllimlərini "tasa "otuzdurub.
Yüksək səviyyədə inşa olunaraq yenicə kəlbəcərli məcburi köçkünlərin istifadəsinə verilən və adı gedən incəsənət məktəbinin daha bir ünvanı bilinməyən filialı da var ki, orada baş verənlərsə "işin" qaranlıq tərəflərindən xəbər verir. Hələlik bu filialın Bakı şəhərində yerləşməsi haqda məlumat əldə etsək də, ünvanı tapılmadı. Görəsən ünvanı bilinməyən və adı gedən filialın direktor ştatı olmadığı halda, musiqi məktəbinin direktorunun olmasından Kəlbəcər Mədəniyyət və Turizm şöbəsinin müdiri, "ADY"QSC-nin sədri Cavid Qurbanovun bibisi öğlu Hacı Əmrahovun xəbəri varmı? Guman edək ki, yoxdur! Əgər olmuş olsaydı, o halda yəqin ki, Kəlbəcər İncəsənət Məktəbinin Bakı şəhərində yerləşən, hələlik ünvansız filialın fəaliyyətini təsdiqləyən, şagirdlərin bilik səviyyəsi, o cümlədən davamiyyəti aparılan rəsmi dövlət sənədi hesab olunan jurnallarda ştampı, möhürü olmadan filial müəlliməsi Şəfiqə Quliyevanın direktor kimi imza atmasından xəbərləri olardı.
Bravo, Şəfiqə müəllimə! Adı məlum, ünvanı naməlum filialın problemləri tək özünü direktor kimi imza atması ilə rəhbər kürsüdə görən müəlliməsi Şəfiqə Quliyevanın sayəsində bitmir.
Mənbədən DİA.AZ-a daxil olan məlumata görə, qiyabi şəkildə musiqi təhsili alsa da, notlardan, muğamlardan, kamança kökləməkdən anlayışı olmadan, özünə 24 saat dərs yazan Şəfiqə Quliyevanın filial müəllimləri ilə daim konfliklərdə olması, özü dərs keçmədən digər dərs buraxan müəllimləri "sarı sim"də başa salması, onların dərs dinləmələrini direktor kimi irad tutub protokollaşdırması "təqdirə layiqdir". Şəfiqə müəllimənin tez-tez Gəncədə görünməsi isə, dərs davamiyyətinin bu filialda hansı şəkildə olmasından, filialda keçirilən dərsin keyfiyyət göstəricisindən xəbər verir. Şəfiqə xanımın adı gedən filialda idarəetməni ələ alması, bəlkə də bundan öncə DAM-da işləməsi vərdişindən irəli gəlir.
Bütün bu kimi olaylara Gəncədə fəaliyyət göstərən Kəlbəcər Mədəniyyət və Turizm şöbəsinin müdiri Hacı Əmrahovun az əhəmiyyət verməsi isə, onun özünün də deyəsən ixtisasca baytar olmasından irəli gəlir. Görəsən Azərbaycan Kənd Təsərrüfatı İnstitunun baytarlıq fakultəsini bitirən bir kimsəni, mədəniyyətə müdir təyin edən nazir, onun hansı işgüzarlığını nəzərə alıb, ya da Hacı Əmrahovun Cavid Qurbanovun bibisi oğlu olması ilə kifayətlənib? Deyəsən düz yerinə düşmüşük, Hacı Əmrahovun müdir işləməsinə yetərincə zəmanət yaradan, elə onun Cavid Qurbanovun bibisi oğlu olmasıdır.
Ümumiyyətlə, açıq-aydın desək, Kəlbəcər İncəsənət Məktəbinin ünvanı bilinməyən filialının, daha hansı "qanunlar" çərçivəsində işləməsini Hacı Əmrahovdan öncə bilən şəxs varsa, o da incəsənət məktəbinin direktoru Ədalət Əliyevdir . Görəsən filial müəlliminin özünü direktor kürsüsündə görməsində, onun rolu nələrdən ibarətdir? Və yaxud da, məktəb direktoru nəyə görə belə bir hadisələrə göz yumur? Hacı Əmrahovun və Ədalət Əliyevin Gəncədə yeni tikilən məktəbdə oturub, kəlbəcərlilərin Gülüstan qəsəbəsində fəaliyyət göstərən daha bir məktəbində təhsil alan şagirdlərin, müəllimlərin aqibətinə biganə yanaşması, görəsən nə ilə bağlıdır?
Bəs görəsən məktəbdə əziyyət çəkən müəllim və şagirdlərin suçu nədədir?

Geri qayıt