Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacı İbrahimin xırda çaplı "çax-çux yeri"...

Hacı İbrahimin xırda çaplı "çax-çux yeri"...


9-01-2016, 12:46
Hacı İbrahimin xırda çaplı "çax-çux yeri"...
Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticənin qarantı kimi məktəbdənkənar hazırlıq əsas rol oynayr. Ölkədə gtdikcə artan hazırlıq kursları təhsilin bərbad vəziyyətindən gen-bol yararlanaraq pul qazanmağın yolunu çoxdan tapıb. Bu kuslardan biri də “Hədəf” hazırlıq kurslarıdır.
Hədəf kursları ilə bağlı aparılan geniş təbliğat, həmçinin dərs vəsaitlərinin, hazırlıq materillarının geniş həcmdə çapı, məktəblərdə bu vəsaitlərdən istifadənin tövsiyyə olunması kursların arxasında böyük gücün dayandığını söyləməyə əsas verir.
Bizimxeber.az-a daxil olan məlumata görə, sözügedən hazırlıq kurslarının arxasında dayanan güc Hacı İbrahim Nehrəmlidir. Hazırlıq kursları və onlara bağlı olan “Kitabevim.az-ın qazancını artırmağın bir yolunun da vergidən yayınmaqdan keçdiyinə dair məlumatlar var.
Vergi sistemindəki dəstəkçiləri vasitəsi ilə asanlıqla vergidən yayınan, il ərzində formal olaraq vergi ödənişləri həyata keçirən, “qara mühasibatlıq”la fəaliyyət göstərən hazırlıq kurslarına qarşı hətta formal olaraq cəza tədbirləri də həyata keçirilir. Cüzi məbləğdə cərimələnən hazırlıq kursları əslində daha böyük məbləğləri vergidən yayındırmaqla külli miqdarda qazanc əldə edir. Tkiniti biznesindəki uğursuzluq və Beynəlxalq Bank ətrafında yaranan qalmaqalda adı hallanan, dəfələrlə istintaqa çağırılan İbrahim Nehrəmlinin alternativ olaraq yaratdığı hazırlıq kursları da hələ biznesin sonu deyil.
Şamil və Emin adlı şəxslərin rəhbərlik etdiyi bildirilən bu biznesin strukturlarına daxil olan başqa bir hazırlıq kursu isə gizli fəaliytə göstərir. Məlumatlara görə, bu, ehtiyat tədbirlər üçün nəzərdə tutulub. Başqa sözlə desək, Hacı İbrahim Nehrəmli ətrafında baş verən hadisələrin bir ucu gəlib hazırlıq kurslarına toxunacağı təqdirdə hazırda gizli faıiyyət göstərən kurs “aşkara çıxacaq”.
Hələlik isə Hacı İbrahim Hədəf kursları, nəşrlər evi, “Kitabevim” satış mərkəzi ilə kafayətlənir. Lakin təzyiqlərin artacağı təqdirə əlindən çıxma ehtimalı yüksək olan bu qazanc mənbələrinin yerinin növbətilərinin tutması üçün tədbirlər görülür.

Geri qayıt