Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şəkidə teatr işçisinin başına oyun açdılar...
Şəkidə teatr işçisinin başına oyun açdılar...11-01-2016, 12:14 |
Teref.infonun elektron poçtuna Şəki rayonu polisindən şikayət gəlib. Polisin vətəndaşlara qarşı sayğısızlığının, onlara qarşı yumruq və təpik vasitəsi ilə söhbət etdiyini eşitmişdik. Lakin bu dəfə bir ziyalının başına gələn bu hadisə bizi çox qayğılandıdı. Şəki şəhərindən Teref.infonun poçtuna daxil olmuş şikayət məktubunu sizə təqdim edirik: Mən Mustafayev Vüsal Telman oğlu 6 iyul 1986-ci ildə Şəki şəhərində anadan olmuşam. Bu məktubu yazmaqda məqsədim dekabr ayında başıma gələn hadisə ilə bağlı sizləri məlumqtlandırmaqdır. Mən, 24.12.2015 ci il tarixdə şəxsi avtomobilimlə Şəkidə Pavilyon adlanan ərazidə dayanmışdım. Bu vaxt mənə Elçin adlı polis baş leytenantı yaxınlaşıb burada bir qədər əvvəl dava olub-olmadığını soruşdu. Mən də buraya hələ indi çartdığımı, heç nədən xəbərim olmadığını bildirdim. Polis getdi, və mən də işlədiyim Şəki Dövlət Dram Teatrına getdim. İşdən çıxıb evə gedəndə Polis Şöbəsinin yaxınlığından keçərkən maşınımın qabağını Mercedes markalı, qeydiyyat nişanının sonu 605 olan avtomobil kəsdi.Avtomobildən yenə həmin Elçin düşdü və mənə heç nə demədən zorla qolumdan tutub sürüyə-sürüyə öz maşınına mindirdi.Məni Şəki Polis Şöbəsinə gətirdi.Orada Vüsal adlı bir polisin yanına apardı.Çatan kimi Elçin adlı polis mənə bir şillə vuraraq, hadisəni gördüyümü, və ona bu barədə məlumat verməyimi tələb etdi.Mən israrla bu hadisə baş verən vaxt mən orada olmamışam desəm də vurmağa davam etdi.Qabağıma qələm vərəq qoyub izahat yazmağımı,yoxsa sənin üçün pis olacaqn deyə-deyə məni təhdid etdi. Mən yenə də heç nədən xəbərim olmadığını bildirdim. Mənə çıx çöldə gözlə deyib getdilər və bir saatdan sonra geri qayıtdılar.Bu dəfə Vüsal adlı polis çağırdı, o da həmin sualları, kimin dalaşdığını mənə de deyə qışqırdı. And içdim ki, mənim xəbərim yoxdu. Mən yalandan kimin adını deyim, görməmişəm dedim. İndi də Vüsal adlı polis döyməyə başladı. Məni yerə yıxıb təpikləməyə başladılar. 5 dəqiqə beləcə yerdə başıma, bədənimə təpiklə vurmağa davam etdi. Sonra qolumdan tutub məni stola oturtdurdu.İndi də başladılar söyüşlər söyməyə. Elə bu vaxt içəri bir polis girib dedi ki, 102-yə zəng edib qardaşı. Bundan sonra polislər sakitləşdilər.Elçin adlı polis üstümü təmizlədib yola saldı. Gecə başıma aldığım zərbələrdən özümü pis hiss elədim.Atam və qardaşım məni xəstəxanaya apardı.Xəstəxanada mənə ilkin tibbi yardım göstərildi. İki saat saxlayıb evə buraxdılar.Evdə yenə halım pisləşdiyi üçün sabahı gün məni yenidən Şəki Mərkəzi rayon xəstəxanansının əsəb bölməsinə yerləşdirdilər.Hazırda burada müalicə alıram. Qeyd edim ki, bu barədə Şəki şəhər prokurorluğuna da məlumat vermişəm. O gündən –bu günə heç kim mənimlə maraqlanmayıb. Sizdən çox xahiş edirəm ki, mənə yardım göstərəsiniz Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq! Geri qayıt |