Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şəmkir camaatı da narazıdır: "Bizdə icra başçısı baş monapolistdir"

Şəmkir camaatı da narazıdır: "Bizdə icra başçısı baş monapolistdir"


14-01-2016, 11:24
Şəmkir camaatı da narazıdır: "Bizdə icra başçısı baş monapolistdir"
DİA.AZ: - Redaksiyamıza müraciət edən Şəmkir sakinləri son günlər manatın dəyərdən düşməsindən sonra müşahidəolunan sosial problemlərin ən ağrılı formada Şəmkirdə hiss olunduğunu deyirlər.

Narazı şəmkirlilər DİA.AZ-a yazır: "Bizdə icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qısa müddət ərzində elə bir sistem qurub ki, hər şey onun nəzarəti altındadır. Bizdə icra başçısı baş monapolistdir. Qiymətləri özü qaldırır, özü salır. Çünki əsas topdansatış yerləri başçının nəzarəti altındadır.

Şəmkir camaatı isə başçının qiymətləri şəxsən qaldırmasını heç də sükutla qarşılamır. Rayonda narazılıq ən yüksək həddə çatıb. Əsəblər tarıma çəkilib. Hər an partlama ola bilər. Əgər "yuxarılar" başçıya qarşı tədbir görməsə, vəziyyət gərgin ola bilər.

Biz dia-az.life vasitəsilə cənab Prezidentimiz İlham Əliyevə müraciət edirik.

Hörmətli Prezident! Hər zaman inanmışıq ki, Sizin bütün addımlarınız məhz bu xalqın maraqlarına xidmət edir. İndi də inanırıq. Və Sizdən xahiş edirik ki, Şəmkirdəki vəziyyəti nəzarətinizə götürəsiniz, qiymətləri süni şəkildə qaldıran icra başçısını və onun əlaaltılarını ən sərt formada cəzalandırasınız.

Misal üçün deyə bilərik ki, hazırda Şəmkirdə unun kisəsi 39-45 manata qədər bahalaşıb. Bu, isə camaatın məhvi deməkdir. Ümidimiz, sizsiniz"...

Geri qayıt