Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Daha bir bank iflas həddində...
Daha bir bank iflas həddində...22-01-2016, 11:41 |
DİA.AZ: - Bu günlərdə dünyadakı neft böhranı səbəbindən Azərbaycanın bank sektorunda nüfuzlu fiqurlardan hesab olunan "Bank of Azerbaijan"ın fəaliyyətinə xitam verildi. Bu prosesin daha bir neçə bankı əhatə edəcəyi də Mərkəzi Bankın rəhbərliyi tərəfindən açıqlandı. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, lisenziyasının ləğvi gündəmdə olan növbəti bank - "Bank of Baku"dur. Mənbə iddia edir ki, İrandan olan Oromi qardaşlarının ciddi pay sahibi olduğu bu bank əsas olaraq "Hyundai Auto Azerbaijan" və "Baku Electonics"lə (hər iki şirkət də Oromi qardaşlarına aiddir -red.) partnyorluq edirdi və hər iki şirkətin kredit fəaliyyəti "Bank of Azerbaijan"la həyata keçirilirdi. Mənbənin dia-az.life-a söylədikləri: "İndi isə qeyd olunan bankda ciddi kredit problemi yaranıb. Kredit götürən müştərilərin yarısından çoxunun ödəmə qabiliyyəti aşağı düşdüyündən bu gün bankın iflası gündəmdədir. Bankda çox ciddi həcmdə problemli kredit miqdarı mövcuddur". Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.. Qeyd edək ki, məşhur Oromi qardaşları bütün bu biznes fəaliyyətlərini onlara məxsus olan "NAB Dış Ticaret" şirkəti vasitəsilə həyata keçirirlər. Geri qayıt |