Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "AzEuroTel"-ə fırıldaq İTTİHAMI

"AzEuroTel"-ə fırıldaq İTTİHAMI


26-01-2016, 12:23
"AzEuroTel"-ə fırıldaq İTTİHAMI
Ölkədə pul yeyintisi ilə məşğul olan internet provayderlər kifayət qədərdir. Ya sakinləri internetsiz qoyur, ya da surətlərini olduqca zəif edirlər.

Bu cür "ağalıq" edən internet provayderlərdən biri də "Azeurotel"di.
Redaksiyamıza son bir ayda bu provayderdən kifayət qədər şikayət daxil olub. Sakinlərin bir çoxunun problemi eynidir. Hansı ki, ödədikləri pul məvacibi qarşılığında aldadılır.
Artıq bu problemlərdən əsblərini cilovlaya bilməyən "Azeurotel" müştrərilərədn biri 7News.Az-a müraciət edib.
Onun sözlərinə görə, son bir aydır ki, internet üzünə həsrətdir. Ya interneti olmur, ya da ödədiyi 30 manat (4GB surət) qarşılığında, onun dili ilə desək "sürünən internet" verirlər.
Şikayətçi məsələ ilə bağlı "Azeurotel"lə əlaqə saxlasa da hər dəfə eyni sözlərlə qarşılaşdığını da əlavə edib. Ona, 10 dq, 15dq və ya 20 dq-əyə həll olur dedikləri problem artıq bir aydır ki, öz həllini tapmayıb.
Qeyd edək ki, bu cür hallarla demək olar ki, hər gün redaksiyamıza saysız-hesabsız məktublar daxil olur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt