Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Safa Store" müştərilərə kələk gəlir
"Safa Store" müştərilərə kələk gəlir27-01-2016, 11:45 |
Supermarketdə vaxtı ötmüş məhsullar satılır Ölkəmizdə sahibkarlığın inkişafına kifayət qədər diqqət və qayğı göstərilir. Paytaxtda, həmçinin regionlarda sahibkarlığın inkişafı üçün şərait yaradılır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən davamlı olaraq iş adamlarına güzəştli kreditlər ayrılır və nəticədə yeni sahibkarlıq subyektləri meydana gəlir. Təəssüf ki, iri sahibkarların bir neçəsi hökumətin onlara yaratdığı şəraitdən sui-istifadə edirlər. Qanunlara zidd hərəkətlərə yol verirlər. Bu gün paytaxtda kifayət qədər iri market fəaliyyət göstərir. Demək olar ki, hər addımbaşı iri marketlərlə rastlaşırıq. Təəssüf ki, son zamanlar redaksiyamıza bəzi marketlərin fəaliyyətiylə bağlı narazılıqlar daxil olur. Onlardan biri də "Safa Holdinq"ə məxsus "Safa Store" supermarketidir. Bu super-market yenicə açılsa da, müştəriləri qane edə bilmir. Verilən məlumatlara görə, sözügedən super-marketdə də vaxtı ötmüş məhsullar satışa çıxarılır. Belə ki, hansısa məhsul guya kampaniyada olduğu üçün ucuz qiymətə təklif olunur. Və ya həmin məhsulu alana əlavə olaraq nəsə hədiyyə edilir. Lakin bəlli olub ki, əslində kampaniyada olan məhsulların istifadə müddəti bitdiyi üçün onlar hədiyyə ilə satılır. Mənbə bildirir ki, qiymət ucuzluğu ilə tanınan və güclü müştəri axını yaşanan super-market şəbəkələrində satılan malların təxminən 30 faizinin yararlılıq müddəti bitmiş olur. Lakin bunu alıcılar hiss etmir, çünki bağlamaların üzərində tarix çox ustalıqla dəyişdirilir. Verilən məlumatlara görə, Safa store super-marketdə qida məhsullarının yararlılıq müddəti bitdikdə sahibkar istehsalçıya və ya topdansatış firmasına zəng edir və vəziyyəti bildirir. Onlar isə bildirirlər ki, vaxt bitsə də, məhsul sağlamlıq üçün təhlükəli deyil. Yəni rahatlıqla vaxtı ötmüş məhsulu sata bilərsiniz. Adətən quru məhsulların - şəkər tozunun, düyünün, noxudun, lobyanın, yoqurt və süd məhsullarının, makaronların və bir sıra konservlərin yararlılıq müddətini elə super-marketlərin anbarlarında yeniləyirlər. Bunun üçün topdansatış və ya istehsalçı şirkət super-marketə ticarətçilərin "pistolet" adlandırdığı xüsusi aparat gətirir. "Pistolet"in özəlliyi ondadır ki, istehsal tarixinin yazıldığı boyanı götürür, fon boyasına isə toxunmur. Daha sonra elə həmin aparatla eyni yerə yeni yararlılıq müddəti vurulur və məhsul yenicə istehsal edilmiş mal kimi satışa çıxarılır. Qiymətdə isə 10-15 faiz endirim edilir ki, həmin mallar sürətlə satılsın. Əldə edilən pulun yalnız 50 faizi topdansatış şirkətinə və ya istehsalçıya verilir, 50 faizi isə super-marketə qalır. Və istehsalçı buna razı olur. Əks halda, məhsulu satışdan çıxararaq tam məhv etməli olar. Ona görə də "Safa Store" super-marketlər şəbəkəsi demək olar ki, vaxtı ötmüş məhsulların satışıyla məşğuldur. Bundan başqa bizə verilən məlumatlara görə, orada satılan kompotların da keyfiyyətində problemlər var. Belə ki, şikayətçi bildirir ki, "Safa Store" supermarketindən aldığı kompotun tərkibində meyvə ceöçəyi və çöküntü çıxıb. Bundan başqa "Safa Store" super-marketlər şəbəkəsində xidmət çox zəifdir. Müştərilər nəyisə aydınlaşdırmaq istədikdə merçendayzerləri tapa bilmirlər. Bu da "Safa Store" mağazasının işçi heyətinin qeyri-peşəkarlığının nəticəsidir. Geri qayıt |