Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sabiq MTN əməkdaşları rezin kameralara köçürülür

Sabiq MTN əməkdaşları rezin kameralara köçürülür


6-02-2016, 12:57
Sabiq MTN əməkdaşları rezin kameralara köçürülür
Sabiq MTN polkovniki İlqar Əliyev və onun kamera yoldaşının intiharı, habelə bugünlərdə Akif Çovdarovun keçmiş əməkdaşının öz həyatına qəsd etməyə çalışması, həbsdə olan MTN-çilərin intihar riskini azaltmaq üçün ciddi addımlar atmağı zəruri edib.

Moderator.az-a özəl mənbədən daxil olan məlumata görə, bu məqsədlə bəzi MTN əməkdaşları divarları rezin lövhələrlə örtülmüş xüsusi kameralara köçürülüb. Bu kameralardan hər yer, hətta döşəmə belə rezin örtüklərlə əhatə edildiyindən, kiminsə daş-beton örtüyündən istifadə edərək özünə xəsarət yetirməsi mümkün deyil.

Mənbənin sözlərinə görə, hələlik azadlıqda olsa da, həbsinə hazırlıq gedən bəzi sabiq MTN əməkdaşlarının da həbs edildikdən sonra birbaşa bu kameralara gətirilməsi planlaşdırılır.

Geri qayıt