Əsas Səhifə > Güney Press, Şou-biznes > Sədaqətdən evli kişidən övladı olması məsələsinə açıqlama

Sədaqətdən evli kişidən övladı olması məsələsinə açıqlama


13-02-2016, 10:57
Sədaqətdən evli kişidən övladı olması məsələsinə açıqlama
Xalq artisti Brilliant Dadaşovanın bacısı, Rəfael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" verilişindəki iştirakını davam etdirir.

Axşam.az-ın məlumatına görə, proqramın dünənki buraxılışında aktrisa üçün Murad adlı bir namizəd gəlib.

Murad İstanbulda yaşadığını və 68 yaşı olduğunu deyib. İki oğlu var. S.Dadaşova Muradın çox alicənab olduğunu deyib və onunla tanış olmaq üçün çay içmə dəvətini qəbul edib.

S.Dadaşova bir neçə gün əvvəl verilişdə evli kişi ilə eşq yaşaması və ondan övlad dünyaya gətirməsi ilə bağlı verdiyi açıqlamalara da aydınlıq gətirib:

"Türk dilini yaxşı bilmirəm. Ona görə də sözləri düz ifadə etmədim. Hamıya bildirmək istəyirəm, 4 övladım var. Hamısı da bir atadan və anadandır. O gün verdiyim açıqlamalar səhv anlaşıldı. Azərbaycanda hər şey bir-birinə qarışdı".

Qeyd edək ki, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı olan Sədaqət Oqtay adlı bir kişi üçün namizəd olmuş, sonra onla razılığıa gəlməmişdi. Verilişdə iştirakını davam etdirən aktrisa üçün Asif adlı kişi zəng vurub, onunla 27 il əvvəl sevgi yaşadığını demişdi. Asifin dediklərini təsdiqləyən S.Dadaşova ondan bir övlad dünyaya gətirdiyini də bildirmişdi:

"Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri bu kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur (xalq artisti Rəfael Dadaşov – red.). Əbəs yerə buraya zəng edib. Bizim aramızda hər şey bitib”.


Geri qayıt