REKTOR-DEPUTAT KORRUPSİYADA İTTİHAM OLUNDU
Tarix: 24-07-2012, 18:43 |
Çap et
NAZİM MƏMMƏDOVDAN İTTİHAMLAR
Milli Məclisin sabiq deputatı Nazim Məmmədov millət vəkili Şəmsəddin Hacıyevin rektoru olduğu Dövlət İqtisad Universitetinin korrupsiya yuvası olduğunu açıqlayıb.
Mia.az xəbər verir ki, bu barədə sabiq deputat “Facebook” sosial şəbəkəsindəki profilində məlumat yayıb. O, «Ali məktəblərdən ən acınacaqlısı Dövlət İqtisad Universitetidir, korrupsiya, rüşvətxorluq analoqu olmayan səviyyədədir. Bunu bir daha magistrlərin müdafiəsindən sonra əyani gördüm!» deyib.
Xatırladaq ki, son illər Dövlət İqtisad Universitetində korrupsiya və rüşvətin ölçüyəgəlməz şəkildə tüğyan etməsini ölkənin bir çox elm adamları da dilə gətirilməyə başlayıb.