Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

"ELÇİBƏY SAĞ OLSAYDI”...
Tarix: 27-07-2012, 14:50 | Çap et
"ELÇİBƏY SAĞ OLSAYDI”...

“RƏSUL QULİYEV BELƏ DANIŞMAZDI”

"O, müxtəlif əsilli ABŞ senatorları və konqresmenlərə yarınmaq məqsədi güdür, öz anti-Türkiyə mövqeyini ortaya qoyur"

"Bizə Qarabağ lazımdır, Amerika səfirliyində verilən "buterbrod" yox"

Modern.az-ın suallarını Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov cavablandırır:

- Etimad bəy, son vaxtlar müxalifət düşərgəsində - İctimai Palatada və Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında cərəyan edən gəlişmələrlə bağlı fikirlərinizi bilmək istərdik.

- Tam səmimi deyirəm, bizi adını çəkdiyiniz qurumlarda baş verənlər maraqlandırmır. Çünki, bu qurumlarda pozitiv nəsə baş vermir və biz onların perspektivlərinə şübhə ilə yanaşırıq. Biz hazırkı dövrdə zamanımızı daxili ve xarici, qlobal proseslərin təhlilinə sərf etməyi daha məqsədəuyğun sayırıq. Eyni zamanda strateji hədəflərimizə nail olmaq üçün taktiki addımlarımızı, reallıqları nəzərə alaraq, müəyyən etməklə məşğuluq.

- Nədir "Ədalət" Partiyasının strateji hədəfləri?

- Esas strateji hədəfimiz ərazi bütövlüyümüzün bərpası və mövcud olan yeni separatizm təhlükələrinin önlənməsidir. Həmçinin, Vətənimizi içəridən qurd kimi yeyən korrupsiya, yerliçilik, özbaşnalıq kimi halların ortadan qalxması üçün mübarizədir.

- İndiki məhdud imkanlarınızı göz önünə gətirsək, hansı yolla siz hədəflərinizə çatmaq istəyirsiniz?

- İnşallah, alınanda görərsiniz. Məhdud imkanlarla da çox nailiyyətler əldə etmək olar. Axı biz boş burmuruq, gücümüzü və təsirimizi artırmaq haqqında düşünürük və buna çalışırıq.

- Ədalət Partiyası dəfələrlə bəyan edib ki, işğalda olan torpaqları yalnız müharibə yolu ilə azad etmək mümkündür. Qlobal güclərin belə bir savaşı istəməmələrini, qonşu dövlətlərin Ermənistana hər cür dəstəklərini, cəmiyyətimizin əhəmiyyətli hissəsinin "müharibə lazım deyil" əhval-ruhiyyəsini nəzərə alsaq, təklif etdiyiniz variant nə dərəcədə realdır və bir qədər də populist deyilmi?

- Bu çağırış o vaxt populizm olardı ki, bizə dividend gətirsin. Sizin sadaladığınız faktorları nəzərə alsaq, müharibə çağırışı əslində bizə partiya olaraq müsbət heç nə vermir, mübaribəyə qarşı olan xarici güclərin, düşmənin arxasında dayananların hədəfinə çevrilirik, cəmiyyətimizin müəyyən kəsiminin dəstəyini itiririk. Bizim belə yanaşmamız "siyasət" və "varlıq" anlayışlarımızdan doğur. Biz hesab edirik ki, siyasət anlayışı - millətin, dövlətin taleyi deməkdir. Millət, dövlət kimi varlığımız işğal olunmuş torpaqlarsız mümkün deyil. Bizlərin əcdadlarımız və gələcək nəsillərimiz qabağında məsuliyyətimiz var və biz bunun altından şərəflə çıxmalıyıq - şəhidlərimizin qanını almalıyıq, təcavüzə məruz qalmış ana-bacılarımızın namusuna cavab verməliyik, məzarları dağıdılmış ecdadlarımızın ruhlarını şad etməliyik. Etmiriksə niyə yaşayırıq? Hər bir millətin taleyini 2-5% arası dəyişən məfkurə daşıyıcıları düşünür və biz onlardan olmaq istəyirik.

- Bəs reallıqlar necə olsun?

- Bəli, reallıqlar odur ki, iki səbəbə görə nə ABŞ, nə Rusiya, nə də Avropa bizim ərazi bütövlüyümüzün bərpasını istəmir. Bu səbəblər - Türk mənşəli və müsəlman olmağımızla bağlıdır. Buna görə onlar hətta başqa məsələlərdə üz-üzə gəlsələr də, işğal edilmiş torpaqların ermənilərdə qalması məsələsində həmrəydirlər. Bununla da qarşıda mümkün ola biləcək Türk Birliyinin qarşısını almaq, İslam dünyası ilə təmasda olan xristian dövlətini gücləndirmək əzmindədirlər. Əsirlər boyu gedən dinlərarası mübarizə indi iyrənc şəkildə aparılır. Amma reallıqlar siz təsəvvür etdiyiniz kimi dəfolunmaz da deyil - istək, iradə, cəsarət gərəkdir. Ziyanımıza olan reallıqlarla barışmamalıyıq, onları dəyişib xeyirimizə olan reallıqla əvəz etməliyik. Tarixdə bir çox nümunələr var - əzəldən zəif görsənənlər sonda qələbə qazanıblar. Naqislikdən doğulan bəhanələr axtarmamalıyıq, problemləri də başqasının üstünə atmamalıyıq. Biz ermənilərə uduzmamışıq, heç ruslara da uduzmamışıq. Bizim könüllülər və müxtəlif hərbi birləşmələrimiz hər ikisinin canına vahimə salmışdılar. Biz bir-birimizlə vuruşub məğlub olmuşuq. Deməli, başlıca iş daxildə gerçək birlik yaratmaqdır. Bəd əhval-ruhiyyə yaradan politoloqları, siyasətçiləri - yəni düşmənlərimizin beşinci kolonunu ifşa etməliyik. Bununla yanaşı, bizim əleyhimizə olan - xristian təəssübkeşliyi və antitürk əsasda birləşən beynalxalq qüvvələrə işğal olunmuş ərazilərimizlə bağlı dönməzliyimizi bəyanatlarla yox, real addımlarla nümayiş etdirməliyik. Həm də bizim haqlı olduğumuzu bəyan edən müttəfiq dövlətlər və gündən-günə gücünü və təsirini artıran qardaş Türkiyə var. Qaldı cəmiyyətimizin əhvalına - könüllülər vuruşar, başqaları arxa cəbhədə çalışarlar - qələbə hər ikisinin birgə işindən ibarətdir.

- Bəs ilkin olaraq hansı addımlar atıla bilər indiki vaxtda?

- Birincisi, ermənilərin mövqeyindən istifadə edib danışıqlardan və bizə sırınan "konfliktin həllinin baza prinsiplərindən", dövlət kimi varlığımıza təhlükə olan "Qarabağa yüksək muxtariyyət statusu" kimi yanlış təklifimizdən imtina etməliyik. Əgər biz ermənilərə muxtariyyət statusu versək, onda nə adla həmin statusu dini dinimizdən olan avar, ləzgi, talış qardaşlarımıza da verməyək - bu da dövlətimizin yox olması deməkdir. Diqqətinizdən bu yaxınlarda Moskvada ərazi bütövlüyümüzü şübhəyə alan qüvvələrin toplantısı yayınmasın. Biz etniklərə yalnız yüksək mədəni muxtariyyat təklif edə bilərik, inzibati muxtariyyət yox. İkincisi, Naxçıvanın muxtariyyətini ləğv etməliyik ki, ermənilərə əsas verməyək - onlar bizdən həmin statusu umurlar və bu torpaqların rəsmən getməsi deməkdir.

- Amma cəmiyyətimizin fəal bir hissəsində belə bir fikir formalaşıb ki, bu gün Türkiyə, ənənəvi olaraq sadəcə ABŞ-ın regionda tapşırıqlarını yerinə yetirir və müstəqil siyasət yürütmək iqtidarında deyil. ACP lideri Rəsul Quliyev bunu mərhum Əbülfəz Elçibəyin taleyi prizmasından əsaslandırıb - yəni, Türkiyəyə güvənən Elçibəy gərəkən dəstəyi almadı...

- Belə fikirlər bizim və Türkiyənin əleyhinə olan anqlo-saks və yəhudi qüvvələrin qulluğunda duran siyasətbazların və üzdəniraq "politoloqların" canfəşanlığı nəticəsində cəmiyyətimizə sırınır. Tarix boyu müxtəlif millətlər öz varlıqlarını başqa məmləkətləri bu və ya digər şəkildə talamaqla təmin ediblər və bu proseslər bu gün də baş verir. Öz məqsədlərinə çatmaq üçün onlar həmin ərazilərdə öz əlaltılarını hakimiyyətə gətirməyi həmin ərazilərdə yaşayan xalqların mənəviyyatını təhrif etməyi - əxlaqsızlığı, korrupsiyanı və sair təşviq etməklə, ictimai-siyasi durumun özlərinə uyğun şəkildə formalaşmasını planlayırlar. Osmanlı xofu hələ bunların canından çıxmayıb. Ona görə sadaladığım qüvvələr yaxın keçmişdə Osmanlı İmperatorluğunun çökməsini təmin edib, bu gün var gücləri ilə yenidən bizim coğrafiyada İslamın və türklərin tərəqqisinin qarşısını almaq istəyirlər. Bir neçə il bundan əvvəl Türkiyənin dövlət büdcəsinin əhəmiyyətli hissəsi müxtəlif təyinatlarla həmin qüvvələr tərəfindən talanırdı, millət səfalət içində yaşayırdı, daxili ve xarici siyasət tamamilə onların arzularına uyğun şəkildə aparılırdı və sair. Amma bu günlər, Bzejinski başda olmaqla məşhur politoloqlar, ABŞ-ın vitse-prezidenti Bayden, nüfuzlu senator Makkeyn bəyan edirlər ki, bugünki Türkiyə bizim vərdiş etdiyimiz Türkiyə deyil və bunu nəzərə alaraq, Türkiyənin maraqlarını təmin edərək müttəfiqliyə nail olmalıyıq. Onlar boş yerə bu qənaətə gəlməyiblər. Türkiyənin iqtisadiyyatının sıçramasının, bölücü-terrorçulara qarşı amansız mübarizənin, İslam coğrafiyasına sahib çıxmağın, müstəqil xarici siyasət yürütməsinin - Türkiyənin Rusiya, İran siyasəti buna subutdur, nəticəsidir. Türkiyənin regional yox, dünya miqyasındakı nüfuzunun subutu kimi baş nazir Ərdoğanın Çinə səfərini göstərmək olar. O, səfərini Çin üçün daimi baş ağrısı olan uyğur türklərinin yaşadığı bölgədən başlamışdı. Çin buna ona görə razılıq vermişdi ki, iqdisadiyyatının varlığının əhəmiyyətli hissəsini İran nefti hesabına təmin edir və Türkiyənin müsbət yanaşması olmasa, İran vurula bilməz. Türkiyə özü bu gün müxtəlif geostrateji layihələrin müəllifidir. Bununla yanaşı, ərazi bütövlüyümüz məsələsində də Türkiyənin qətiyyətli mövqeyi sadaladığım qüvvələrə işğaldakı torpaqlarımızı ermənilərin xeyirinə rəsmiləşdirməyə imkan vermir. Ermənistanın xarici işlər naziri bəyan edib ki, Türkiyənin mövqeyi Qarabağ konfliktinin nizamlamasına əngəldir. Sadaladıqlarıma görə, Ədalət Partiyası hesab edir ki, iki qardaş ölkə bütün sahələrdə dərindən yaxınlaşmalı və bu yolda bütün əngəlləri aradan qaldırmalıdırlar. Bizim Türkiyə ilə müttəfiqliyimiz ABŞ-İngiltərə münasibətləri səviyyəsinə qalxmalıdır.

Yuxarıda, Rəsul Quliyevdən gətirdiyiniz misala gəldikcə, Rəsul Quliyev öz müsahibələrində dəfələrlə bildirib ki, çörəyini analitik təhlillər edərək qazanır və 70% proqnozları düz çıxır. Hesab edirəm ki, Rəsul Quliyevin Türkiyəyə yanaşması uğursuz 30%-ə aiddir və o bu səfər çörəksiz qalacaq. Rəsul Quliyevin belə sözlərinin arxasında müxtəlifəsilli ABŞ senatorları və konqresmenlərə yarınmaq məqsədi güdülür, öz anti-Türkiyə mövqeyini ortaya qoyur. Amma məndə təəssüf hissi doğuran bu deyil, onun rəhmətlik Elçibəyə yanaşmasıdır. Mən əminəm - Elçibəy sağ olsaydı, Rəsul Quliyev belə danışmazdı.

- Sizin belə çılpaq antiqərb mövqeyinizə görə Qərb diplomatları başqa partiyalardan fərqli olaraq "Ədalət"lə təmasdan qaçırlar, öz tədbirlərinə dəvət etmirlər, sanki sizi tanımırlar...

- Əvvəla, biz heç kimə qarşı deyilik, o cümlədən Qərb dövlətlərinə. Biz sadəcə deyirik: mənəviyyatımızı təhrif etməyin, adət-ənənələrimizi dağıtmayın, dinimizə təcavüz etməyin, korrupsiyanı, özbaşnalığı təşviq etməyin, var-dövlətimizi talamayın, namusumuz olan ərazi bütövlüyümüzü şübhə altına almayın, hədəfinizə çatmaq üçün dövlət başçımıza təzyiqlər, təhdidlər etməyin, ümumillikdə xalqımızı, dövlətimizi öz maraqlarınızın qurbanına çevirməyin, tərəqqisinin qabağını almayın. Qaldı, səfirliklərin dəvətlərinə və diplomatlarla təmaslara. Bizə onların dəstəyi ilə hakimiyyət yox - millətimizin dəstəyi lazımdır. Bizə onların tanımaqları gərək deyil - anadan gəlmə özümüzü tanıyırıq. Bizə Qarabağ lazımdır, Amerika səfirliyində verilən "buterbrod" yox.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru