SÜLHƏDDİN ƏKBƏR İP-Ə KEÇMİR
Tarix: 30-07-2012, 12:36 |
Çap et
“BU, MÜZAKİRƏ MÖVZUSU DEYİL”
“İctimai Palata bütün müxalifəti əhatə etmir və bu qurumdan kənarda da ölkənin demokratikləşməsini istəyən çoxlu sayda qüvvələr var. Elə bir format tapılmasını istəyirik ki, İctimai Palatada olan qüvvələr də daxil olmaqla bütün kənarda qalan təşkilatlar o formatda birləşsin”.
Bu açıqlamanı APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər verib. S. Əkbər deyib ki, ACP-nin qarşısında duran əsas məqsədlər partiyanın güclənməsi, mütəfiqqlərlə danışıqlar aparmaq, demokratik qüvvələrin inteqrasiyasına nail olmaqdır.
S. Əkbər qeyd edib ki, İctimai Palatanın rəhbərliyinə daxil olan şəxslərlə ayrı-ayrılıqda danışıqlar aparılır: “Amma bir qurum olaraq, İctimai Palata ilə heç bir müzakirələrimiz olmayıb və bu gün də belə niyyətimiz yoxdur. Mənim fərdi qaydada İctimai Palatada təmsil olunmağım da müzakirə mövzusu deyil”.
S. Əkbər müxalifətin yeni birlik formatının formalaşması istiqamətində aparılan danışıqlara start verildiyini və hələlik bu müzakirələrin mətbuat üçün qapalı keçirildiyini də deyib.