SAAKAŞVİLİ RUSLARLA YOLLAŞMIR
Tarix: 27-10-2011, 16:21 |
Çap et
İNDİ DƏ O, ÇAXIR DAVASINA ÇIXIB
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın baş sanitar hakimi Qennadi Onişenko barədə sərt fikirlər səsələndirib: "O, manyakdır"
Teleqraf.az Rusiyanın “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, Gürcüstan prezidenti Nazirlər Kabinetinin Batumidə keçirilən iclasında Q.Onişenkonu “manyak” adlandırıb. “Yaxşı ki, Gürcüstan Rusiaynın şərab bazarından asılı vəziyyətdə deyil. Onlar moldovalı çaxır istehsalçılarının da qanını qaraldırlar” –deyə prezident bildirib.
Qeyd edək ki, Rusiyaya idxal olunan məhsulların keyfiyyətinə məhz Q.Onişenko nəzarət edir və yalnız onun razılığı ilə ölkəyə xatici məhsullar gətirilə bilər. Hazırda Gürcüstan tərəfi ölkədə istehsal olunan çaxırı Rusiya bazarına qaytarmaq üçün Onişenkonun razılığını almağa çalışır.
Hazırda Gürcüstandan Rusiayaya çaxır ixrac olunması mümkün deyil. Beş il öncə qüvvəyə minən embarqo hələlik buna imkan vermir.