BƏŞƏR ƏSƏD VƏ SURİYADAKI SƏFRİLİYİMİZ YERİNDƏDİR
Tarix: 1-08-2012, 12:55 |
Çap et
HƏR İKİSİ FƏALİYYƏTİNİ DAVAM ETDİRİR
Azərbaycanın Suriyadakı səfirliyi öz işini normal rejimdə davam etdirir.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, səfirliyin fəaliyyətində hər hansı dəyişiklik yoxdur.
Qeyd edək ki, diplomatik korpusun yerləşdiyi Dəməşq şəhərində hökumət və müxalifət qüvvələri arasında qızğın döyüşlər davam edir. Müxtəlif mənbələrin verdikləri məlumata görə, müxalifət qüvvələri şəhərin bir sıra məhəllələrini öz nəzarətinə götürməyə müvəffəq olub. Döyüşlərdə hər iki tərəfdən yüzlərlə insanın öldüyü bildirilir, bu say hər gün artmaqdadır.