AKİF NAĞINI YENƏ HƏBS EDİBLƏR
Tarix: 27-10-2011, 18:07 |
Çap et
QAT SƏDRİNİN POLİSƏ APARILMA SƏBƏBLƏRİ MƏLUM DEYİL
Qarabağ Azadlıq Təşkilatından “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verilən məlumatda bildirilir ki, QAT sədri Akif Nağı bu gün saat 15:30 radələrində Bakı şəhər Baş polis idarəsinə aparılıb.
Onun polis idarəsinə aparılmasının səbəbi açıqlanmayıb. Güman olunur ki, səbəb son 3 gün ərzində QAT fəallarının aeroport və “Hilton” otelinin qarşısında keçirdikləri bəzi tədbirlərlə bağlıdır. QAT üzvləri qeyri-ənənəvi etiraz formalarından istifadə edərək erməni nümayəndələrin Bakıya gəlişinə və MDB xüsusi xidmət orqanlarının tədbirində iştirakına mane olmağa çalışıblar.