BƏLƏDİYYƏ SƏDRİ MƏHKƏMƏ QARŞISINDA
Tarix: 2-08-2012, 11:39 |
Çap et
O, RÜŞVƏT ALMAQDA İTTİHAM OLUNUR
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.
Proses avqustun 8-də davam etdiriləcək.
Qeyd edək ki, Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 ha torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 ha torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib.
Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 14 may 2012-ci il tarixdə tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən yaxalanıb.