CƏBHƏÇİLƏR SUMQAYITDA ETİRAZA ƏL ATDI
Tarix: 12-08-2012, 11:35 |
Çap et
HƏBS OLUNANLAR VAR; POLİS ƏRAZİNİ MÜHASİRƏYƏ ALIB
Avqustun 12-si səhər saatlarında AXCP Sumqayıt şəhər təşkilatının fəalları Sumqayıtda piket keçirməyə cəhd edib. Təşkilatın rəhbəri Kəmaləddin Vilayətoğlu piket keçiriləcək yerə yaxınlaşan kimi polis və mülki geyimli şəxslər onu saxlayıb. Aksiyanın bəyanatı əlindən alınıb. Özünü isə polis bölməsinə aparıblar.
Daha iki şəxs - İlyas Məhərrəmov və Zahid Məmmədov da kluba yaxınlaşan zaman saxlanaraq bölməyə aparılıb.
AXCP-nin piketi Nərimanov Mədəniyyət Klubunun önündə təyin olunub. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, klubun qarşısında heç kimi dayanmağı qoymurlar.
Klubun ətrafında xeyli sayda polis var.
AXCP Sumqayıt şəhər təşkilatının fəalları siyasi fəaliyyət üçün şəraitin olmamasına etiraz olaraq aksiya keçirmək istəyirdi.
Şəhər administrasiyası müxalifətin piketinə icazə verməyib. \ Azadlıq Radiosu \