MÜSAVATDAN TƏBRİZƏ YARDIM ÇAĞIRIŞI
Tarix: 12-08-2012, 14:11 |
Çap et
RƏSMİ BAKI GÜNEYƏ SAHİB ÇIXMALIDIR
Müsavat Partiyası Təbriz şəhəri yaxınlığında baş verən zəlzələ ilə əlaqədar açıqlama verib. Açıqlamanın mətnini təqdim edirik:
“Dünən Avqust ayının 11 də Təbriz şəhəri yaxınlığında baş verən güclü zəlzələ nəticəsində ən azı 250 nəfər həlak olub, minlərlə adam yaralanıb. Dörd kənd tamamilə dağılıb, Təbriz şəhərində və ətraf yaşayış məntəqələrində də ciddi dağıntıların olması barədə məlumatlar yayılmaqdadır.
Müsavat Partiyası olaraq baş verən faciə ilə əlaqədar kədərləndiyimizi bildirir, zəlzələ nəticəsində həlak olanların yaxınlarına, əzizlərinə və bütün Azərbaycan xalqına baş sağlığı veririk.
Bu ağır gündə həmvətənlərimizin dərdinə şərik olduğumuzu ifadə etməklə yanaşı Azərbaycan hökumətini baş verən faciə ilə bağlı ləngimədən ciddi tədbirlər görməyə, həmvətənlərimizə yardım məqsədi ilə imkanlardan maksimum istifadə etməyə çağırırıq". \ musavat.com \