TÜRKİYƏLİ DEPUTATIN OĞURLANMASININ TƏFƏRRÜATLARI
Tarix: 13-08-2012, 11:28 |
Çap et
HÜSEYN AYGÜN ÖZÜNÜ NECƏ ƏLƏ VERİB?
DİA.AZ: - Məlum olduğu kimi PKK terror təşkilatı Türkiyənini Cümhuriyyət Xalq Partiyasından millət vəkili olan Hüseyn Aygünü oğurlayıb. DİA.AZ-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərdən belə aydın olur ki, terror təşkilatı deputatın hərəkət trayektoriyasını «Fasebook» səhifəsinə yazdığı qeydlərindən müəyyən edib.
Məlumatda bildirilir ki, Hüseyn Aygün «Facebook» səhifəsində «Ovacığa gedib, vətəndaşlarla görüşəcəm» şəklində status yazıb.
İddialara görə, şifrəli mesajlarla Tungelidəyi PKK-lılara Hüseyn Aygünün qaçırılması sifariş edilib. Amma bu mesaj Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən deşifrə olunmadığından millət vəkili Hüseyn Aygün qorumasız qalıb. «Facebook»dan istifadə edərək Hüseyn Aygünü təqib edən PKK-lılar onu Ovacıqdan dönüşü ərəfəsində ələ keçiriblər. Ovacıqda görüşünün ardından Hüseyn Aygün belə bir status da yazıb ki, bununla da PKK-nın deputatı ələ keçirməsi daha da asanlaşıb: «Ovacıqdayım. Xalqla görüşün ardından Munzur Babaya ziyarətə gedəcəm»…