SABİR RÜSTƏMXANLI NAZİRDƏN NƏ İSTƏDİ?
Tarix: 23-08-2012, 16:59 |
Çap et
DİL QURUMU DİLİMİZİN MÜDAFİƏSİNƏ QALXDI
Azərbaycan Dil Qurumu İctimai Birliyi dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinə müraciət edib.
“Media forum” saytının məlumatına görə, müraciətdə bildirilir ki, “Dövlət dili haqqında” qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır: “Ancaq təəssüf ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin firma adları çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir”.
Azərbaycan Dil Qurumu bundan sonra qeydiyyata alınacaq hüquqi şəxslərin firma adlarının dövlət dilinin normalarına uyğun olmasına xüsusi nəzarət edilməsi ilə yanaşı, mövcud firma adlarının tədricən “Dövlət dili haqqında” qanunun tələblərinə uyğunlaşdırılmasını Vergilər Nazirliyindən xahiş edib.