DAHA BİR SƏNƏTÇİ ƏLİ KƏRİMLİYƏ DƏSTƏK VERDİ
Tarix: 25-08-2012, 12:50 | Çap et
"BU ÇOX İYRƏNC KAMPANİYADIR"
AXCP sədri Əli Kərimli hələ seçkiyə bir il qalmış hakimiyyətin hədəfinə tuş gəlib. Əbülfəz Elçibəyin zəhərlənməsiylə bağlı Hafiz Hacıyevin prokurorluğa müraciətini ictimai-siyasi xadimlər, ziyalılar hakimiyyətin Əli Kərimliyə növbəti çirkin kampaniyası kimi dəyərləndirir. Artıq neçə gündür ki, oxucularımızın diqqətinə bu çirkin kampaniyaya cəmiyyətin tanınmış simalarının münasibətini təqdim edirik. Bu gün də münasibətini öyrəndiyimiz şəxslərin fikrincə, iqtidar bu addımı ilə qarşısına qoyduğu məqsədlərə nail olmayacaq.
Əli Kərimli hakimiyyətin eybəcərliklərini ifşa etdiyinə görə hədəfdədir
Xalq artisti Flora Kərimova bildirdi ki, başladılan çirkin kampaniya yalnız ikrah hissi doğurur: - Hafiz Hacıyev iddia edir ki, guya Elçibəyin ən yaxın adamlarından biri olub. Bu yalandır. Hafiz Hacıyev Elçibəyin kürəyinə xəncər vuranlardan biri olub. O, şəxsən Elçibəyin arxasınca danışanlardan biri olub. Bu çox çirkin, iyrənc kampaniyadır. Əli Kərimlinin adı heç zaman bu cür məsələlərdə hallanmayıb. Heç olmasa bunu edənlər bir ağıllı ssenari quraydılar. Bu, çox cılız, ağlasığmaz, gülməli bir şoudur. Prokurorluq bu işə əl qoymaqla özünü biabır edir. Səbəbi də bəsitdir, Əli Kərimli bu hakimiyyətin eybəcərliklərini çılpaq şəkildə ifşa edir. Əli Kərimli perspektivli siyasətçidir. Ona görə də hakimiyyət onu gözdən salmağa çalışır.
Cəfəng iddianın sonu yoxdur
VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, tarix boyu dövlət başçılarının, perspektivli siyasətçilərin, tanınmış şəxslərin, sənət adamlarının qəfil dünyasını dəyişməsi bir qayda olaraq diqqətdə olub və onun səbəbləri ilə bağlı müxtəlif fikirlər söylənilib: - Əgər Əbülfəz bəyin zəhərlənməsi hadisəsi olubsa belə, bu, onun yaxın ətrafı tərəfindən törədilməzdi. Mən Əli Kərimlinin adının burada hallanması ilə razılaşmıram. Taleyi Elçibəylə bağlı olan adamların belə bir addım atması ağlabatan görünmür.
Əli Kərimli diktaturaya qarşı mübarizənin ön cərgəsindədir
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev hesab edir ki, Elçibəyin ölümü ilə bağlı cinayət işi və onun ətrafında baş verənlər bir daha göstərir ki, hakimiyyətin çox ciddi əxlaq problemi var. Bu mənada cəmiyyətdəki reaksiya da baş verənlərə adekvatdır və toplumun beyni zəhərlənməyən hissəsində haqlı olaraq ikrah hissi doğurur: - Normal ölkələrin hamısında cinayət hadisəsi barədə məlumata, ərizəyə, şikayətə reaksiya verirlər. Azərbaycan o ölkələrdəndir ki, burada prezidentin, nazirin və ya hər hansı dövlət məmurunun milyonlarla ölçülən mülkləri ilə bağlı iddialar hüquq-mühafizə orqanlarında, parlamentdə, məhkəmədə bir kimsənin diqqətini çəkməz. Jurnalistin, siyasətçinin, QHT fəalının polis idarəsində, həbsxanada, etiraz edən vətəndaşın toplantıda döyülməsi, işgəncəyə məruz qalması, öldürülməsi ilə bağlı şikayətlərə görə paqonlu-paqonsuz hər hansı dövlət görəvlisinə kimsə gözünün üstdə qaşın var deməz. Elmar Hüseynovun və Rafiq Tağının qatilləri hələ də azadlıqda gəzdiyi halda buna görə prokurorluqda bir kimsəyə tənə edilməz... Əgər Elçibəy zəhərlənib öldürülübsə, normal məntiq onu deyir ki, bunu edənləri tamam başqa yerdə axtarmaq gərək, onun dostları, əqidə və mübarizə yoldaşları arasında yox. Əli Kərimlinin isə bu məsələdə hədəf seçilməsi təsadüfi deyil. Çünki Əli bəy son illərdə diktatura əleyhinə gedən mübarizənin ön cərgələrindədir. Onun mütəmadi olaraq hakimiyyətin təşkil etdiyi iyrənc kampaniyaların hədəfində olması da burdan qaynaqlanır. Bu ittihamlar təkcə hakimiyyətin özünə təhlükəli rəqib saydığı bir siyasətçini nüfuzdan salmaq, qarşıdan gələn ölkə üçün çox əhəmiyyətli siyasi hadisə ərəfəsində onu zərərsizləşdirmək məqsədi güdmür, həm də demokratik düşərgəyə qarşı yönəlib, toplumun bu kəsiminin daxilində və ona qarşı etimadsızlıq mühiti yaratmağa köklənib. Bu dəfə də alınmadı. Bundan sonra da alınmayacaq. Bunlar bumeranq kimi bir şey. Onlar bu hakimiyyətə nifrəti artırır, onun sonunu yaxınlaşdırır. Hakimiyyət son dövrlərdə artan fəallığı yatırmaq üçün siyasi partiyalara, mediaya, qeyri-hökumət təşkilatlarına, gənclərin hərəkatlarına, sosial şəbəkələrə qarşı basqıları gücləndirmək əvəzinə, cəmiyyətdə narazılıq və etiraz doğuran problemlərin həlli istiqamətində real addımlar atmalıdır. Hökumət fərqli fikirlərə, o cümlədən tənqidə qarşı dözümlü olmalı, ölkənin siyasi, iqtisadi, sosial və digər sahələrində hüquq və azadlıqlarını, o cümlədən demokratiyanın təməl prinsiplərindən plüralizmi, siyasi rəqabəti təmin etməlidir. Hakimiyyət heç cür anlamaq istəmir ki, yumruğa, zora söykənən sabitlik bir gün mütləq dağılacaq. O zaman nəticələr həm ölkə üçün, həm də insanları, cəmiyyəti mübahisələri sivil yolla deyil, dubinka ilə həll etməyə alışdırmış hakim elita üçün çox ağır ola bilər.
Bu bir siyasi şoudur
Hüquqşünas Əyyub Kərimov da hazırda səslənən ittihamların və yürüdülən kampaniyanın heç bir perspektivinin olmadığını xatırlatdı: - Hazırda baş verən proseslər mənim yadıma 99-cu ildə Elçibəyə qarşı irəli sürülən ittihamları saldı. O zaman da Əbülfəz Elçibəy barəsində cinayət işi başlanmışdı. Ədliyyə nazirliyi PKK-nı Heydər Əliyevin yaratdığına dair ittihamlar irəli sürdüyünə görə Elçibəyi məhkəməyə vermişdi. Həmin cinayət işi Bakı Şəhər Məhkəməsində idi. Elçibəy o prosesi gözləyirdi və məhkəmənin tribunasından istifadə etsin. Amma həmin məhkəmə müəmmalı şəkildə ləğv edildi. Hazırda da Əli Kərimliyə qarşı irəli sürülən ittihamları eyni aqibət gözləyəcək. Bu bir siyasi şoudur.
Gündəmin dəyişdirilməsinə cəhd
Tanınmış telejurnalist Qulu Məhərrəmli hesab edir ki, əslində belə bir iddianın gündəmə gətirilməsi nəticəsində ölkənin başqa vacib, çözülməsi zəruri olan problemləri arxana plana keçmiş olur: - Bu, reallıqdan uzaq və cəfəng bir iddiadır. Ona görə bu cür qeyri-ciddi məsələlərin geniş müzakirəsinə lüzum görmürəm. Bu cür məsələlərin ortaya atılması ilə əslində gündəmin zəbt olunmasına çalışılır. Əslində isə hazırda ölkənin inkişafı, xalqın gələcəyi ilə bağlı çox mühüm məsələlər var ki, onların çözülməsi daha vacibdir. Hər kəsə bu yürüdülən siyasətin məqsədinin nə olduğu yaxşı bəllidir. Reallıqdan uzaq bu kimi iddialar ictimai əxlaqı pozan məsələlərdir.
Hakimiyyət Əli Kərimlinin addımlarından narahatdır
Hüquqşünas Osman Kazımov da vurğuladı ki, baş verən olaylara prokurorluğun qanuni deyil, siyasi qiymət verməsi bu strukturun adına ləkə gətirir: - Bu cəfəngiyyata, uydurmaya prokurorluğun şərik çıxması qeyri-ciddi addımdır. Burada kifayət qədər təzadlı məqamlar var. Tutalım ilk olaraq Hafiz Hacıyevin hərəkətinə diqqət yetirək. Hazırda Hafiz Hacıyev Elçibəyi Əli Kərimlinin zəhərlədiyini bildirir. Bəs yaxşı, axı Hafiz Hacıyev bir müddət əvvəl Əli Kərimli, Isa Qəmbər və Rauf Arifoğludan atdığı iftiralara görə üzr istəmişdi. Əgər Elçibəylə bağlı belə iòformasiyası var idisə, niyə üzr istəyirdi? Bu, müxalifətə qarşı bir kampaniyadır. Səbəb də bəsitdir. Əli Kərimli etdiyi kəskin çıxışlarına, verdiyi bəyanatlara görə hakimiyyətin hədəfinə çevrilib. Bu isə hakimiyyəti düşündürür və narahat edir. Eyni zamanda “Azərbaycan saatı” da hakimiyyətin eybəcərliklərini ortaya çıxarır. Bütün bunlara isə hakimiyyət özünə məxsus formada cavab verir.
Əli Kərimlinin 2013-də əsas rəqibləri ola biləcəyini anlayırlar
İslam Partiyasının sədr müavini Rövşən Əhmədov da başqaları ilə razılaşaraq irəli sürülən iddianı iyrənc siyasi oyun adlandırdı: - Əbülfəz Elçibəyin vəfatından bu çirkin oyunlarda, siyasi mübarizədə istifadə etmək təqdir oluna bilməz. Bu çox iyrənc kampaniyadır. Bu cür mübarizə yaxşı nəticə verməyəcək. Ona görə Hafiz Hacıyev kimi “nadir” şəxsə müraciət olunması təsadüfi deyil. Əli Kərimlinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə artan nüfuzu onu bu cür təbliğata tuş gətirib. Çünki Əli Kərimli qarşıdan gələn prezident seçkilərində bu hakimiyyətin əsas rəqiblərindən biri olmağa iddialıdır. Elə buna görə də bu cür addımlarla Əli Kərimlinin və onun rəhbərlik etdiyi siyasi təşkilatın fəaliyyətini məhdudlaşdırmağa çalışırlar. Yəni bu sırf 2013-cü il seçkiləri ilə bağlı aparılan bir kampaniyadır. Bu kampaniya isə nə hakimiyyətə, nə də onların əlaltılarına fayda verəcək.
Əli Kərimlinin nüfuzu bu kampaniya ilə daha da artacaq
Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvü Nurəddin Mustafayev da hesab edir ki, hazırda hakimiyyətin sifarişi ilə başladılan kampaniya absurd fikirlərə əsaslanıb: - Bu iddia ilə çıxış edən şəxsi heç kim ciddiyə almır. Onun bu addımı da hakimiyyətin bu məmləkətdə növbəti oyunu kimi qəbul edilir. Əgər bu addım Əli Kərimlinin nüfuzunu aşağa salmağa xidmət edirsə, əks-proses baş verəcək və AXCP sədrinin reytinqi daha da artacaq. Nə qədər aşağı düşüncə sahibi olmalısan ki, bu cür iddialarla çıxış edəsən. \ azadlıq.info \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
|