VƏFA QULUZADƏ DƏ ƏLİ KƏRİMLİYƏ DƏSTƏK VERDİ
Tarix: 29-08-2012, 12:25 |
Çap et
“İTTİHAMLAR AĞLASIĞMAZDIR”
Bakı, 29 avqust, SalamNews, V.Həsənli. Mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə irəli sürülən ittihamlar çox ağlasığmaz və reallıqdan uzaqdır. Bunu SalamNews-a Xəzər regionu dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti, politoloq Vəfa Quluzadə bildirib.
O söyləyib ki, Ə.Elçibəyi heç kəs zəhərləməyib və mərhum prezident xərçəng xəstəliyindən vəfat edib. Nahaq yerə bu məsələ gündəmə gətirilir.
Politoloq deyib: “Mən Elçibəyin zəhərlənməsinə qətiyyən inanmıram. Elçibəyin vəfatı ilə bağlı fikirləri hər kəs deyə bilməz. Bu barədə daha dəqiq fikirləri Gülhanə Xəstəxanasının həkimləri deyə bilərlər”.
Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev baş prokurora müraciətində Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyini və ona qarşı cinayət işi qaldırılmasını istəyib.