MİSİR MƏRDANOV PULYIĞMA SEZONUNU AÇIQ ELAN EDİB
Tarix: 29-08-2012, 13:11 |
Çap et
MÜƏLLİMLƏRDƏN 20 MANAT İSTƏNİLİR
Təhsil Nazirliyi yeni pul yığma metodu tapıb. JAM.AZ-a verilən məlumata görə, nazirlik diplomların elektronlaşdırılması məqsədi ilə müəllimlərdən pul yığmağa başlayıb.
Məlumatda deyilir ki, bu barədə nazirlik yerli Təhsil Şöbələrinə tapşırıq verib. Belə ki, yerli şöbələr müəllimlərdən 20 manatdan pul yığılmasına başlayıb. Adını da diplomların elektronlaşdırılması qoyublar.
Məsələ ilə bağlı apardığımız araşdırmalar davam edir.