“MTN işi” Mahmudovsuz yekunlaşır - sabiq nazir həbsdən qurtuldumu...
Tarix: 2-08-2017, 08:45 | Çap et
2 ay 2 həftə sonra Eldar Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasının 2 ili tamam olacaq. Bu gün ötən müddət ərzində baş verənlərə diqqət edib mahiyyətinə varanda sabiq nazirin həbsdən qurtulduğu qənaəti formalaşır. Hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri hadisədən sonrakı aylarda ara-sıra Eldar Mahmudovun adını hallandırır, adını çəkmədən də onun həbs ediləcəyi ehtimalını dilə gətirirdilər. Artıq Eldar Mahmudovun adını çəkən, hətta dolayısı yolla belə onun “bostanına daş atan” da yoxdur.
Halbuki işdən çıxarılandan sonra hər danışan onun barəsində neqativ planda nəsə deməyə can atırdı. Belə açıqlamalar sabiq nazirin tezliklə həbsə alınacağı illüziyasını yaradırdı. Bu da təbii idi - Mahmudov vəzifəsindən çıxarılan saatlarda xüsusi istintaq qrupu MTN-də araşdırmalara başlamış, 20-yə yaxın əməkdaşı, bir neçə generalı, idarə və şöbə rəisləri və müstəntiqləri də daxil olmaqla, “dəmir barmaqlıq” arxasına göndərmişdi. Artıq E.Mahmudovun dəstəsindən olanların işi üzrə məhkəmələr də yekumlaşmaqdadır. E.Mahmudovun istintaqa belə cəlb olunması haqda isə 2 ilə yaxındır gözlənilən rəsmi məlumat yoxdur. Ümumiyyətlə isə sabiq nazirin statusu bilinmir. Onun təqsirləndirilən şəxs qismində, yaxud digər bir qismində istintaqa cəlb olunub-olunmaması da sirr kimi qorunub saxlanılır. Ev dustağı, hərəkəti məhdudlaşdırılan şəxs və ya polisin nəzarətinə verilmiş biri olmasını da demirlər. Rəsmilər də onun statusu haqda fərziyələr irəli sürməkdən başqa konkret faktlara söykənən məlumatlara malik deyillər. Bir müddət əvvəl sabiq nazirin hazırkı statusu ilə bağlı deputat Fəzail Ağamalıya müraciət etmişdik. F.Ağamalı demişidi ki, fikrincə, E.Mahmudov ev dustağıdır.
Sitat: “Qətiyyən şübhə etmirəm ki, bu gün Eldar Mahmudov məhkəmənin qərarı ilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bunun adına ev dustaqlığı, hərəkətin məhdudlaşdırılması deyirlər. Eldar Mahmudov digər adi vətəndaşlar kimi bu gün istədiyi yerə gedə, istədiyi yerdə otura, sərbəst hərəkət edə bilməz. O, hərəkətləri məhdudlaşdırılmış vəziyyətdədir. Onun nə zaman öz komandasının yanında həbsxanada oturacağı və barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi haqda məlumatsızam. Qətiyyən şübhə etmirəm ki, bütün bu olaylarda onun birbaşa günahı var, bütün bu proseslərə o rəhbərlik edib. Ola bilməz ki, hüquq-mühafizə orqanlarında illərlə işləmiş birinin başı üzərindən, ondan xəbərsiz MTN-də bu cür hərəkətlərə və qanunsuzluqlara yol verilsin. Bu qətiyyən belə ola bilməz”.
Maraqldır ki, ötən müddətdə E.Mahmudovun “MTN işi” ilə bağlı istintaqa cəlb olunması haqda da rəsmi məlumat olmayıb. Doğrudur, MTN-lə bağlı hazırda davam edən məhkəmədə (“Çovdarov işi”) bir sıra epizodlarda sabiq nazirin adı keçib. Bildirilib ki, həm qanunsuz dinləmələr, həm iş adamlarının soyulmasından nazir də xəbərdar olub. Amma məhkəmə heç vaxt sabiq nazirin heç olmasa, şahid kimi dindirilməsinə nədənsə, lüzum görməyib.
Bir ay əvvəl isə Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci İstintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə proses yekunlaşıb. Mahmudovun yaxın ətrafına daxil olan, onun qanunsuz göstərişlərini yerinə yetirən müstəntiq Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə suçlu bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilirdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması eyni zamanda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad da çıxarıb. Həmin qərardadın taleyi də bu gün naməlumdur. Təbiidir ki, E.Mahmudov nazir olarkən MTN-də baş verən və hazırda cinayət işlərinin əsasını təşkil edən cinayətlərdən xəbərsiz olmayıb. Qanunsuz dinləmələr, sahibkarların talanması onun xəbəri olmadan mümkün deyildi. Bu gün müttəhimlər kürsüsündə əyləşənlərin çoxunu nazir postuna təyin olunandan sonra öz komandasını məhz Eldar Mahmudov çəkib aparıb. Komandaya gətirilən hər bir şəxs yazılmamış qanuna görə onu gətirən şəxs qarşısında öhdəliyi var. Komandaya gətirilən şəxs rəhbərinə sadiqlik nümayiş etdirməlidir. Onun formalaşdırdığı komandanın ondan xəbərsiz nələrsə etdiyini düşünmək sadəlövhlükdür. Üstəlik, MTN sıradan bir qurum deyildi, daim cəmiyyətin diqqət mərkəzində olan bir təşkilat idi. Fəaliyyəti haqda məlumatlar nə qədər məxfi olsa da, ortalıqda E.Mahmudovun komandası tərəfindən törədilən qanunsuzluqlar haqda xeyli məlumatlar vardı. Həmin qanunsuzluqlar haqda məlumatlar ara-sıra mətbuat səhifələrinə də yol tapa bilirdi, lakin onları araşdırmırdılar...
E.Mahmudov işdən çıxarılandan sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, iş üzrə 57 nəfər zərərçəkən müəyyən edilib.
Bir çoxları isə E.Mahmudovun ətrafı ilə yenidən üz-üzə gəlməmək üçün mal-mülk davasına qalxmadılar.
E.Mahmudov işdən çıxarılan gün də, bu gün də onun istintaqa cəlb edilməsi üçün kifayət qədər əsaslar var. Tutaq ki, bu gün onun əleyhinə ifadə verən yoxdur. Fakt isə odur ki, onun 10 illik nazirliyi dövründə baş verən cinayətlər məhkəmələrdə təsdiqini tapmaqdadır. Deməli, E.Mahmudov vəzifə səlahiyyətlərinə səhlənkar yanaşıb və buna görə də Azərbaycan Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Hərçənd ki, Eldar Mahmudovu tutmaq, həbs etmək istəsələr, Cinayət Məcəlləsinə istinadsız da bunu gerçəkləşdirə bilərdilər. Bütün bunlara rəğmən Eldar Mahmudov vəzifədən çıxarılmaqla həbs təhlükəsindən də qurtulmuş kimi görünməkdədir. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
|