“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                 

İcra başçısı prezidentin qərarlarını sabotaj edir - Fermerlər çətin durumda
Tarix: 12-08-2017, 09:53 | Çap et
İcra başçısı prezidentin qərarlarını sabotaj edir
“Dövlət başçısının pambıqçılığın inkişafına göstərdiyi qayğı və diqqətdən ruhlanan əkinçilər bu il 27 min tondan çox pambıq istehsal etməyi qarşılarına məqsəd qoyublar. Bu da öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manatadək subsidiya deməkdir”. “AzərTac”-ın xəbərinə görə, bu sözləri Biləsuvar rayon İcra Hakimiyyətindən deyiblər.

Biləsuvardan olan əkinçilər təsdiqləyirlər ki, həqiqətən dövlət başçısının çağırışından ruhlanıblar.Pambıqçılığın ölkədə prioritet sahə elan olunduğuna ümid bəsləyərək, necə deyərlər, əllərini çırmayıb bu işə girişiblər.Amma son günlər havaların isti və quraq keçməsi ilə yanaşı, əkinlərin suvarma suyu ilə təminatında yaranan problem onları çətin vəziyyətə salıb.Pambıq yetişdirən bəzi fermerlər hazırda bol məhsul və qazanc barədə yox, zərərdən necə çıxacaqlarını düşünürlər.

“Suyun başında vəzifəlilər dayanıb”

Biləsuvar rayonunun İsmətli kəndində yaşayan Bəyzadə Abbasov deyir ki, əvvəllər heç vaxt pambıq əkməyib:

“Prezidentin müraciətindən sonra bu işə girişdim. 15 hektar torpağı icarəyə götürmüşəm.Əkinin yarısını iki dəfə, qalan hissəsini isə bir dəfə suvara bilmişəm.Kimin vəzifəsi, adamı var, suyu onun sahəsinə verirlər.Gözümün qabağında pambıq yanır-yarpağı solur, gülü, qozası tökülür.Kasıb-kusubun əkini də, özü də beləcə batıb gedir”.

Həmin kənddə 4.5 hektarlıq pay torpağında pambıq əkən İxtiyar Ağayev də bildirir ki, suvarma suyu, əsasən, iri şirkətlərin və rayonun vəzifəli şəxslərinin əkin sahələrinə verilir:

“Əslində, bizim kimi sadə adamlar çox az pambıq əkib. 11 min hektar kimi təqdim olunan əkinin əsas hissəsi rayonun vəzifəli şəxslərinin yerləridir.Hərəsinin də öhdəsində yüz hektarlarla sahə var. Suyun da başında bu adamlar dayanıb”.

“Su verə bilməyəcəkdilərsə, niyə bizə pambıq əkdirirdilər?”

İxtiyar Ağayev deyir ki, Suvarma Sistemləri İdarəsində və icra hakimiyyətində dəfələrlə qəbulda olub:

“İcra başçısı su ilə bağlı şikayətə gələnləri qəbul etmir. Müavini Xanlar Məmmədov vəd vermişdi ki, vəziyyətlə yerində tanış olacaq, amma gəlib çıxmır. Su idarəsinin müdirinə də imkan vermirlər ki, olan suyu proporsional qaydada bölsün. Ümumiyyətlə, su verə bilməyəcəkdilərsə, niyə bizə pambıq əkdirirdilər?”.

Rayonun Aranlı kəndinin sakini Həsənəli İbayev isə artıq zərər barədə düşünür:

“25 hektar torpaq sahəsini icarəyə götürmüşəm. Hər hektara görə 100 manatdan hesablayanda, təkcə icarə haqqı 2 min 500 manat edir.Toxum almaq və becərmə işləri aparmaq üçün 17 min manat da bankdan kredit götürmüşəm. Bu pulları kim ödəyəcək? Su verə bilmirlər, gəlib əkinlərə baxış keçirsinlər, akt tərtib etsinlər...”.

Rəsmilərin telefonu susur, proqnozları isə...

Doğrudanmı mövcud su ehtiyatı əkinlərin təminatını ödəyə bilmir, yoxsa bu iş yarıtmaz təşkil olunub? Yanmaqda olan əkinləri xilas etmək mümkün olacaqmı?Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Məmmədov suallarımızı axıradək səsləndirməyə imkan verməyib dərhal dəstəyi asdı.Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev isə davamlı zənglərimizə cavab vermədi.İdarənin əməkdaşı bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyindən nümayəndə var, rəis onu müşayiət edir.

Biləsuvar rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, ötən il rayonda 6 min 40 hektar sahədə pambıq əkilib və 12 min ton məhsul istehsal olunub. Məhsuldarlıq orta hesabla 20 sentnerdən də az olub. Mütəxəssislər hesab edirlər ki, bu göstəricilərlə pambıq əkinindən bir elə xeyir götürmək mümkün deyil. Beləcə, anomal istilərin və susuzluğun davam etməsi bu il əkinlərin bir hissəsini məhsul yetişməmiş yandıra bilər. Nəticədə həm iş yerlərinin sayı, həm gəlirlər və həm də subsidiyalarla bağlı proqnozlar özünü doğrultmaya bilər.

Qeyd edək ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulmuşdu. Ölkə başçısının pambıqçılığın əhalinin məşğulluğunun təmin edilməsində vacib sahələrdən biri olduğunu vurğulaması və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaratdı:

“Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq.Ona görə hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək”.

Ölkə başçısının tapşırığından sonra 24 rayonda pambıqçılığın inkişafı diqqət mərkəzində oldu. Belə ki, həmin il bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində 52 min hektarda pambıq əkini təmin edildi. Gözlənilirdi ki, 2016-cı ildə 100 min ton məhsul toplanacaq. Amma Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ildə Azərbaycanda 50 min tondan çox pambıq tədarük edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru