İnam Kərimovun bahalı projesi necə iflasa uğrayır... - GƏLİŞMƏ
Tarix: 20-12-2018, 08:48 | Çap et
Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, şikayətlər də yox deyil. Əsasən proqram çərçivəsində vətəndaşa dövlətin adından təqdim olunan inəklərin qısır, qoyunların qoca, bəzi hallarda qotur olması haqlı narazılıq yaradır.
“Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi. Oxşar problem Şəkidə də yaşanır.
İpəkçi.info saytı bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.
Həmin yazıda qeyd olunur ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər...
Dövlət adından vətəndaşa qısır, süd yanığı, dişsiz, şikəst, qotur heyvan verilməlidir, yoxsa...
Yazıdan sitat: “Şəki rayonunda təlimlərə cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində idi. Özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmağın şərtləri isə belə olub:
Dövlət vətəndaşa 4 dana verir, vətəndaş həmin danaları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 4 dana almalıdır. Artıq pul qalarsa, şəxsi məqsədləri üçün xərcləyə bilər.
Dövlət vətəndaşa 2 yanıbalalı inək verir, vətəndaş həmin inəkləri sata bilməz, amma inəyin südünü, inəyin südündən hazırladığı pendiri, yağı, inəklərin balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.
Dövlət vətəndaşa 20 toğlu verir, vətəndaş həmin toğluları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 20 toğlu almalıdır. Artıq qalan pulu isə şəxsi məqsədləri üçün xərcləyə bilər.
Dövlət vətəndaşa 20 yanıbalalı qoyun və bir qoç verir, vətəndaş həmin qoyunları və qoçu sata bilməz, amma qoyunların südünü, qoyunların südündən hazırlandığı pendiri, qoyunların balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalarsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.
Şəkidə vətəndaşlara qısır, yanıq dana və toğlular təklif edilib...
Lakin heyvanların verilməsi zamanı məlum oldu ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək. “Bunlara yanıq toğlular deyilir”
Bordaq üçün verilən toğlularla bu gün şəxsən tanış olduq, heç kim götürmədi. Bunlara yanıq toğlular deyilir, 10 kq çəkiləri olardı, ya yox, onlar böyümürlər, nə qədər yem, dava-dərmən verilsə belə elə o boyda qalacaqlar. Ən yaxşısının bazar qiyməti 70 manatdan çox deyil. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa belə xəstə heyvanlar təklif edilir. 70 manatdan 20 yanıq toğlunun qiyməti 1400 manat edir. Dövlət isə özünüməşğulluq proqramı çərçivəsində hər vətəndaşa 5 min manat vəd etmişdi...”
Saytda Astara rayonunda da eyni problemlərin yaşanması haqda məlumat yer alır:
Özünüməşğulluq proqramında aldandığını deyənlər
Astara rayonunun Rüdəkənar kənd sakini Ellada İsmayılova özünəməşğulluq proqramına yoxsulluğa son qoyacağı ümidi ilə qoşulub. Ona iki baş inək verilib. O, son ümidinin də puça çıxdığını bildirib.
“Bizi aldadıblar”
“Atasız uşaq saxlayıram. İqtisadi vəziyyətim yaxşı deyil. İşlə bağlı rayon məşğulluq mərkəzinə müraciət etdim. Heç yerdə işləmirəm. Mənə dedilər ki, özünüməşğulluqla bağlı proqram var. Kurs oxumalısan. Nazirlik sizə mal-qara verəcək. Neçə ay kurs oxudum. Sonra dedilər ki, mal üçün tövlən olmalıdır. Mən 4 min manat kredit götürdüm, mal tövləsi tikdim. Kredit ödəyirəm. Gəldilər iki baş inək verdilər. Dedilər ki, hər ikisinin balası var. Müqavilənin şərtlərinə görə, bizə balası olan inək verilməli idi. Bu inəklərdən biri xəstədir. Əvvəl buna əhəmiyyət vermədik. Fikirləşdik ki, keçər. Bir aydır müalicə edirik. Qulluq edirəm ki, özlərinə gəlsinlər. Gözləyirdik ki, artım olacaq. Test elədilər. Məlum oldu ki, inəklərin heç birisinin balası yoxdur. Bizi aldadıblar”.
“İndi özümü saxlayım, uşağı saxlayım, ya inəkləri?”
Ellada İsmayılovanın yaşadığı ev Rüdəkənar kəndinin girişində yerləşir. Evin qarşısında olan sahəni göstərib deyir ki, otlaq sahəsi var. Elə bu sahəni nəzərdə tutaraq özünüməşğulluq proqramına qoşulub. Lakin deməsinə görə, “yağışdan çıxıb, yağmura düşüb”: “Fikirləşirdim ki, inəklər süd verər, onun südü ilə vəziyyətimi düzəldərəm. Azyaşlı uşaq saxlayıram. İndi də iki baş inək mənim üstümdə qalıb. Bir aydır kəpək, ot verirəm. Bir aylıq xərcim 50-60 manat tutur. Hamısını da borc edirəm. İndi özümü saxlayım, uşağı saxlayım, ya inəkləri saxlayım?”
“Nazirin bundan xəbəri yoxdur”
Kənd sakini özünüməşğulluqdan imtina etmək istədiyini deyir: “Mənim ziyanımı ödəsinlər, heç nə istəmirəm. Bu özünüməşğulluq deyil, xalqı aldatmaqdır. Nazirin bundan xəbəri yoxdur. Nazir eşitsə, onları cəzalandıracaq. Mənim ümidim nazirədir. Bu inəklərin balası yoxdur, hələ üstəlik tələb edirlər ki, artım edin”.
Ellada İsmayılova deyir ki, üzləşdiyi problemlərlə bağlı ölkə prezidentinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və rayon rəhbərliyinə müraciət edib.
“Müqaviləyə görə mənə 3 baş sağmal inək verməli idilər, amma...”
Həmin proqramına qoşulan Ərçivan kənd sakini Nəsimi Həsənov da bağlanmış müqavilənin şərtlərinə əməl edilmədiyini söyləyir: “Müqaviləyə görə mənə 3 baş sağmal inək verməli idilər. Amma 2 baş inək veriblər. Müqavilədə qiymətlər 4800 manat göstərilir. Mənə verilən inəklərin dəyəri isə fikrimcə, 2000 manat edər. Malların yemini yaydan hazırlamışam, özüm tədarük etmişəm. Mənə veriləcək malı çoxdan gözləyirdim”.
“Müqavilədə nəzərdə tutulmuş şərtlərə tam əməl edilmir”
O deyir ki, hələlik inəklərdən qazanc yoxdur:
“İnəklərdən biri sağılır, gündə 1,5 litr süd verir. Bunun da satış qiyməti 1 manat 50 qəpikdir. Arıqdır, amma cinsi yaxşıdır. Artım olacaq. Ən azı 2 il gözləməli olacağıq ki, xeyrini görək. Biznes planında tez bir zamanda qazanc götürmək barədə qeydlər var. Ancaq nəzərdə tutulmuş mallar bizə verilmədi. Mən onlara dedim ki, qoy inəkləri özüm axtarıb tapım. Siz alın. Onlar razı olmadılar. Bir qəssabla gəzirdilər. Birinci dəfə arıq mal gətirdilər, qaytardım. Dövlətin bu istiqamətdə verdiyi dəstək təqdirəlayıqdir. Amma müqavilədə nəzərdə tutulmuş şərtlərə tam əməl edilmir. Hələ ki bunun xeyrini yuxarılar görür, biz yox”.
“İnəklərin alınması ilə bağlı aktlarda təchizatçı şirkətin adı yoxdur”
Sayt yazır ki, özünüməşğulluq proqramına qoşulan işsizlərlə 24 ay müddətinə müqavilə bağlandığı, əmlakın 2 ildən sonra müqavilənin şərtlərinə tam əməl edən şəxslərin mülkiyyətinə verildiyi qeyd olunur: “Qaydaya görə əmlakı təhvil verərkən bağlanmış akta məşğulluq mərkəzinin, təchizatçı şirkətin nümayəndələri və işsiz şəxs imza atırlar. İnəklərin alınması ilə bağlı aktlarda təchizatçı şirkətin adı yoxdur. Yalnız imza var...”
“... Qərara alındı ki, daha inandırıcı, kiməsə sübut və fakt lazım olsa...”
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı deyir ki, vətəndaşa verilən mal-heyvanla bağlı qanunvericilikdə heç bir məbləğdən söhbət getmir: “Vətəndaş özü istədiyi sahə üzrə təlimdə iştirak edir. Bundan sonra təlimlərdə iştirak edir və biznes planını müdafiə edir. Bundan sonra isə aktivlər-mallar vətəndaşa verilir. Vətəndaş razılığı olduğu təqdirdə aktla razılığını bildirir, imza atır. Bir neçə fakt, süni söz-söhbət yaranmışdı. Bundan sonra qərara alındı ki, daha inandırıcı, kiməsə sübut və fakt lazım olsa, onun videogörüntüsünü də çəkək. Vətəndaş öz razılığı ilə bunu qəbul etdiyini bildirir. Bəlkə həmin saytın hansısa istəyi, marağı var? Hər bir fakt üzrə araşdırma apararıq. Çox qəribədir ki, vətəndaşlar tərəfindən bizə heç bir şikayət daxil olmur”.
Niyə özünüməşğulluq proqramı bu şəkildə təşkil olunmaqla gözdən salınır?
Vətəndaşlar onlara təqdim olunacaq heyvanların onların iştirakı ilə alınması təklifi ilə çıxış edirlər. Bəs niyə bu praktikadan istifadə olunmur? Narazılıq yaradan, dövlətin büdcəsi hesabına əldə olunaraq vətəndaşa təqdim olunan mal-heyvanı alan kimlərdir? Niyə özünüməşğulluq proqramı bu şəkildə təşkil olunmaqla gözdən salınır?
Fazil Talıblı deyir ki, heyvanın fiziki göstəriciləri, real vəziyyəti vətəndaşı, kəndçini, biznes-plan tərtib etmiş vətəndaşı qane etmirsə, heyvanları qəbul etmir: “Heyvanlar vətəndaşı qane eləməyincə, vətəndaş aktı imzalamır. Əgər qanunla bu cür baş verirsə, vətəndaş şikayətçi necə ola bilər?”
Mətbuat katibi qeyd edir ki, vətəndaşların bəzilərinin 2-3 ay sonra heyvanların öldüyünü deyir. Amma heyvanın cəsədini göstərə bilmirlər: “Harada öldü, harada basdırdın, bir külünü göstər. Axır məlum oldu ki, heyvanı kəsib satıb. Ötən il 1200 ailə özünüməşğulluq proqramından faydalanıb, bu il isə 7300 ailə bu proqramdan faydalanıb. 2-3 nəfər fərdi qaydada müraciət edib. Problemləri həllini tapıb”.
“Vətəndaşa özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan heyvanları kim və haradan alır” sualına mətbuat katibinin cavabı belə oldu: “Heyvanlar satınalma qanunvericiliyinə uyğun olaraq bu prosesdə, deməli, iştirak edən podratçı şirkət tərəfindən Azərbaycanda satılan heyvan bazarlarından satın alınır. Burada qeyri-adi heç bir şey yoxdur”.
Bəs satınalmada vətəndaşın özünün iştirakının təmin olunması mümkündürmü?
Fazil Talıblı: “Vətəndaşa təklif olunanda mal, o, baxır. Dişindən tutmuş quyruğuna qədər baxır. Əgər onu qane etməsə, qəbul etmir. Podratçı şirkət ona digərlərini təklif edir. Hətta anbardan, heyvan bazarından, saxlama məntəqəsindən dəvət edir, vətəndaş onu şirkətin nümayəndəsindən özü seçir və götürür. Ta o vaxta qədər ki, vətəndaş ona razıdır və imza atır”.
Dövlət 1 qoyunun alınması üçün nə qədər pul ayırır?
Fazil Talıblı: “Ümumilikdə İşsizlikdən Sığorta Fondundan bu il üçün 35 milyon manat vəsait ayrılıb. Hər saatın, hər vaxtın, bazar iqtisadiyyatıdır, elə gün olur ki, qoyunun qiyməti qalxır, enir. Tarif Şurasından malın qiyməti təsdiqlənməyib ki... konkret bazar qiymətləri ilə tənzimlənir”.
Fazil Talıblı işdə olmaması səbəbindən podratçı şirkətin adını deyə bilməyəcəyini də əlavə etdi. Bildirdi ki, bu haqda məlumat verəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
|