AzTV-nin sabiq sədri nələrin hesabatını verməli? - İTTİHAM
Tarix: 17-01-2019, 10:59 | Çap et
AzTV-nin sabiq sədri Arif Alışanovun vəzifəsindən azad olunması onun barəsində illərdir dövr edən neqativ informasiya axınını genişləndirib. Arif Alışanovun bu vəzifəyə təyinat alandan sonra oliqarxa çevrilməsi mövzusu mətbuatda illərdir ki, tirajlanır. Onun adının kriminala qarışması, hətta bir qızın öldürülməsində sifarişçi kimi keçməsi də məhkəmə araşdırması predmeti olub. Bu haqda bir çox mətbu orqanlarla yanaşı, “Yeni Müsavat” qəzetində də yazılar dərc olunub.
2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun adı keçən qalmaqallı cinayət işi araşdırılırdı. Məhkəmə qarşısına Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov çıxarılmışdı. Təqsirləndirilənlər Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunurdular. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 10 milyon manatlıq torpaq alıb. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Tərəflərin vəkillərinin vəsatətlərinə baxmayaraq, A.Alışanov məhkəməyə gəlmədi. Prosesdə yalnız onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznəsi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A.Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimsəyib. Sui-qəsddə təqsirləndirilən Ş.Əkbərov isə son sözündə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən Şücayət Əkbərov məhkəmədə olduqca maraqlı və istintaq araşdırması predmeti olmalı məqamlara da toxunmuşdu. “Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın adına keçir” deyə, o bildirmişdi. Demişdi ki, A.Alışanovu 2007-ci ildən tanıyır: “Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı. 2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alışanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o, kimlərinsə vasitəsilə aradan çıxdı”.
S.Əkbərov məhkəmədə demişdi ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi: “Əvvəl Arif müəllim həmin qızla gəlirdi Şamaxıya. 2016-cı ildə itkin düşən qızların şəkillərini gətirin, göstərim. Həmin qızla sonra kürəkəni gəzirdi. Bütün bunları bilirdim deyə, məni də ortadan götürtmək istəyirdi. Mənim Arif Alışanovu öldürmək niyyətim olmayıb. İstintaqda da demişəm bunu. Onu öldürmək istəyən başqaları olubsa, deyə bilmərəm. Onu öldürməklə mən nəyə nail olacaqdım ki? Əksinə, gəlib torpaq alırdı, onun sayəsində pul qazanırdım. Ürəyimdən əməliyyat olunanda mənə 10 min pul vermişdi. Arif müəllimin əmlakları, evi, torpağı, nəyi varsa, Hacının adına olub. Arif Alışanovun hələ mən bildiyim 70 milyonluq əmlakı var.
“Space”in yanındakı notariusda Hacının adından Arif Alışanova 50-yə yaxın etibarnamə verilib. Deyirdi birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki..."
O, həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır. “Yeni Müsavat”ın 2018-ci ilin aprel nömrələrindən birində “AzTV sədrinin ”Şamaxı əhvalatı"nın pərdəarxası" sərlövhəli yazıda media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli Arif Alışanovun sədrliyi dövründə rəhbərlik etdiyi qurumda baş verənləri şərh etmişdi.
Qulu Məhərrəmli Arif Alışanov idarəçiliyinin biabırçı olmasından danışarkən “Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək” söyləmişdi. Həmin dönəm yetişib və Arif Alışanovun məhşər ayağına çəkiləcəyi də istisna deyil. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
|