Başçılardan üçünün əmri hazırdır... - İDDİA
Tarix: 21-01-2019, 10:38 |
Çap et
DİA.AZ: - Bakının 3 rayonunun icra başçısı ilə bağlı əmr hazırdır və yaxın vaxtlarda elan olunacaq.Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib.
Xatırladaq ki, ötən ilin sonlarında paytaxtın Xəzər və Xətai rayonlarının rəhbərləri dəyişdirildi. Buna qədərsə, ötən il ərzində Yasamal rayonuna yeni rəhbər təyin olunmuşdu.
Məlumatlı mənbənin iddialarına görə, hazırda 3 RİH rəhbərinin gedişi müzakirə olunur. Onlardan birinin kimliyi barədə dia-az.life-a dəqiq informasiya daxil olsa da, digər iki başçı ilə bağlı dəqiqləşdirmələrimiz davam edir.
Mənbə iddia edir ki, əmri hazır olanlardan biri Pirallahının rəhbəridir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...