Sabirabadda krediti qohumlara verirlər... - GİLEY
Tarix: 15-08-2020, 13:05 |
Çap et
DİA.AZ: - "Şikayətim "Soliton"un Sabirabad filialınnandı, gedirsən kredit götürməyə tanışlıq isdəyirlər..." DİA.AZ bildirir ki, bu sözləri Sabirabad sakini Mahir Abbasov söyləyir.
dia-az.life narazı vətəndaşın şikayətini təqdim edir: "Deyirəm, işim, maaş kartım və ya pensiya kartım var... Baxmırlar... Deyirlər, ancaq müdiri tanıyan tanışın olmalıdı. Müdir onunla danışdıqdan sonra kredit verək. Heç bir sənəd də lazım deyil.
Deyirsən, belə qayda olar? Deyirlər, bizdə belədir...
Bu boyda şirkət... Bu nə biabırçılıqdır edirlər? Elə bil mini-telefon dükanıdır".
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...