Rövşən Bağırov ölkə rəhbərliyini də dinləmir? - GİLEY
Tarix: 1-09-2020, 08:36 | Çap et
Lerik rayonu, Hamarmeşə kənd sakini Aynur Salmanova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Məktubda vətəndaş öz evinin bir otağının təmiri üçün Mehriban Əliyevadan kömək istəyir. Vətəndaşın müraciətinə uyğun olaraq Birinci vitse-prezident tərəfindən müvafiq icra qurumuna evin təmir olunması ilə bağlı göstəriş verilib. Lakin Lerik Rayon İcra Hakimiyyətindən (RİH) vətəndaşa ünvanlanan cavabda rayon icra qurumunun fondunda mənzilin təmir olunması üçün maddi vəsaitin olmadığı deyilib. “Mən Mehriban xanım Əliyevaya evimin bir otağının təmir olunması ilə bağlı müraciət etmişəm. Xanım Birinci vitse-prezident mənim müraciətimi öz diqqətində saxlayıb və Lerik Rayon İcra Hakimiyyətinə evimin bir otağının təmir olunması ilə bağlı tapşırıq verib. Lakin İcra Hakimiyyətindən mənə gələn məktubda bildirilir ki, mənim yaşadığım evin bir otağının təmir olunması üçün onların fondunda pul yoxdur. Mən təəccüb içindəyəm ki, bir icra qurumunun mənim yaşadığım evin bir otağını təmir etmək üçün lazım olan minimal büdcəsi yoxdursa, bu boyda rayonun bütün sakinlərinin problemlərini hansı vəsaitlə həll edəcək?” - A.Salmanovanın AYNA-ya açıqlamasında deyib.
“Ayrıca, göstərişi ölkənin Birinci vitse-prezidenti verdiyi halda, icra qurumu bu göstərişə necə belə etinasız və laqeyd yanaşa bilir? Mən Mehriban xanım Əliyevaya ikinci dəfə müraciət edib İcra Hakimiyyətinin məsələyə etinasız yanaşdığını bildirdim və problemimin həlli üçün daha məsuliyyətli başqa bir quruma və ya elə Lerik Rayon İcra Hakimiyyətinə təkrar tapşırıq verməsini xahiş etdim. Mehriban xanım Əliyevaya ünvanladığım ikinci müraciəti Azərbaycan mətbuatının və ictimaiyyətinin də diqqətinə çatdırıram”, - vətəndaş bildirib. Salmanovanın Mehriban Əliyevaya ünvanladığı ikinci müraciətinin mətninda qeyd olunur: “Salam, Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva! Yazıb sizə bildirirəm ki, təxminən, 2 ay əvvəl yaşadığım evin təmirə ehtiyacı olması və təmiri üçün mənə kömək etməyinizlə bağlı Sizə ünvanladığım müraciətə cavab olaraq müvafiq icra qurumuna göstəriş vermisiniz. Bunun üçün sizə xüsusi minnətdarlığımı bildirir, diqqət və qayğınız üçün təşəkkür edirəm! Lakin Lerik Rayon İcra Hakimiyyəti tərəfindən mənə ünvanlanan, sizin göstərişinizə müvafiq cavab məktubunda bildirilib ki, icra qurumunun fondunda hal-hazırda mənim yaşadığım evin təmir olunması üçün köməklik göstərməyə maddi vəsait yoxdur. Ardınca, məktubda qeyd olunub ki, dövlət tərəfindən vətəndaşların mənzil məsələlərinin həlli ilə bağlı icra qurumuna hər hansı vəsait ayrılarsa, o zaman mənim yaşadığım evin təmiri üçün kömək edəcəklər. Mən isə sizə yazdığım birinci məktubda da qeyd etdiyim kimi, birinci tip ağır şəkər xəstəsiyəm və yaşadığım evin şəraitsizliyi səbəbi ilə səhhətimdəki problemlər getdikcə çoxalır və evin mümkün qədər tez təmir olunmasına ciddi ehtiyac duyuram. Sizdən xahişim odur ki, hazırda orta məktəbdə oxuyan iki qız övladımı, heç bir yerdə işləməyən yoldaşımı və ağır xəstə olan məni nəzərə alasınız, Lerik Rayon İcra Hakimiyyətinə və ya digər aidiyyəti orqana yaşadığım evin mümkün qədər tez təmir olunması üçün lazımi göstərişi verəsiniz. Əvvəlcədən sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirir, ümid və intizarla cavabınızı gözləyirəm!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
|