DİA.AZ bildirir ki, sözügedən materialda olduqca ilginc iddia və ittihamlar yer almışdı. Bu dəfə isə sakinlər dediklərini əks etdirən fotoları redaksiyamıza yollayıblar.
Sakinlər yazır:
"Şikayətimizi işıqlandırdığınıza görə sizə bütün sakinlər adından təşəkkürümüzü çatdırmaq istəyirik.
Əlavədə sizə şikayətimizdə sadaladığımız obyektlərin fotolarını təqdim edirik.
Şəkildə gördüyünüz "Bənövşə gölü"-nün 2 il öncəki, və hal hazırki vəziyyətini görə bilərsiniz. Göl tamamilə qurudulub. Bundan əlavə Şair Alxasovun oğlu İlkinin adına tikdirdiyi "İlk İnn" otelin şəkillərini, "Təzə Bazar" Ticarət Mərkəzinin və "Yaşıl Park" restoranı görə bilərsiniz".
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi dinləməyə hazırıq...