"Kontakt Home" satdığı məhsula məsuliyyət daşımır... - "Bu nə xidmət səviyyəsidir?"
Tarix: 6-02-2023, 10:20 |
Çap et
DİA.AZ: - "Şikayətim var "Kontakt Home"dan..." DİA.AZ bildirir ki, bu barədə Seyran adlı istifadəçi "Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Bir ay əvvəl televizor almışıq, "Lg" markalı...
Dünən işlədiyi yerdə ekran qaraldı... Dünəndən danışıram şirkətlə... yazdım, zəng vurdum... Ancaq yola verirlər... Servis yollamırlar, üstəgəl, mənə təklif edirlər ki, "gətir servisə..."
Bir aydır ki televizor almışam.
Ölkənin ən böyük mağazasısınız... Bu nə xidmət səviyyəsidir?
Əlavə olaraq 100 manat zəmanət ödəmişik! Adam utanır vallah...
Bu ölkədə hər sahə belədir..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...