DİA.AZ: - Tovuz rayon alakol kənd sakini Taleh Babayev bildirir ki, 7 ildir ki, evi olmasına baxmayaraq evinə köçə bilmir. DİA.AZ-ın məlumatına görə, səbəb isə evinə qaz xəttinin çəkilməməsidir.
Onun sözlərinə görə iki övladı ilə birlikdə evi olduğu halda qonum qonşu evində qalır.
Vətəndaşın sözlərinə görə evinə qaz xəttinin çəkilməsi üçün aidiyyatı qurumlara müraciət etsə də, pul ödəməli olduğu deyilib. Vətəndaş isə bu pulu ödəyə bilmədiyini deyir.
DİA.AZ bildirir ki, şikayətçi ölkə başçısına müraciət edərək bu məsələnin diqqətə alınmasını və ona köməklik göstərilməsini xahiş edir.
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...