Əkrəm Fətəliyevin aylıq maaşı hər axşam restoranlarda xərcləməyə necə çatır? – Yeni nazirin menyusuna
Tarix: 26-05-2023, 10:37 | Çap et
Mətbuat işçisinin hər hansı bir məlumata aydınlıq gətirilməsi məqsədi ilə dövlət orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların fəaliyyəti barədə düzgün informasiya almaq kimi hüququ var. Həmçinin də vəzifəli şəxslərdən istər yazılı sorğu etmək, istərsə də şifahi şəkildə məlumat almaq vəzifəsi var. Amma bəzən özünü ağıllı hesab edən bir çox vəzifəli şəxslər bunu başqa səmtə yönəldir, qabaqdangəlmişlik edərək güya şantaj olunduğunu iddia edirlər. Araşdırdıqda isə belə vəzifəllilərin daha çox qanun pozuntusuna yol verdikləri məlum olur. Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev kimi.
Qeyd edək ki, Qax rayonu Damazlıq İpəkçilik Stansiyasında tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işləri aparılır. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir. Stansiya əsaslı şəkildə yenidən qurulub və 2018-ci ilin oktyabrında istifadəyə verilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender yolu ilə 2021-ci ildə 391.406 manat məbləğində tut ipəkqurdunun barama sarıma və hibrid tut ipəkqurdu toxumu istehsalı avadanlıqları alınıb, yaş baramanın qurudulması məntəqələrinin stellaj və jalüz tipli pərdələrlə təchizatına 1.349.840,94 manat xərclənib. Baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il bu sahəyə külli miqdarda dövlət vəsaiti xərclənib. Təkcə bu ilin aprelində sözügedən nazirlik tərəfindən Çin Xalq Respublikasından 11 min qutu hibrid ipəkqurdu sənaye toxumu alınaraq Qax Damazlıq İpəkçilik Stansiyasına verilib. Göründüyü kimi bu sahəyə dövlət tərəfindən hərtərəfli diqqət göstərilir. Amma burada nöqsanlar da yox deyil.
Belə ki, Stansiyada zəruri mal-materialların və xidmətlərin satın alınması qanunla müəyyən olunmuş qaydada təşkil edilməmiş, nəzərdə tutulan malların və xidmətlərin alınmasını illik satınalma planlarına daxil edilmiş, açıq tender və kotirovka sorğularının keçirilməsini qanunla nəzərdə tutulan qaydada elan edilməmiş, E-tenderdə iddiaçılara heç bir elektron dəvət elanı yerləşdirilməmişdir. Lakin dövlət satınalmalarının vahid internet portalında barama qurdlarının yetişdirilməsində istifadə olunacaq ofset, qəzet, qraf və perqamentli kağızların satın alınması üzrə keçirilmiş kotirovka sorğularının və Stansiyasının ərazisində avadnlıqların yerləşdirilməsi üçün tavların tikintisinin aparılması üzrə keçirilmiş açıq tenderin nəticələri barədə məlumatlar verilmişdir.
Aktualinfo.org bu kimi anlaşılmazlıqlara aydınlıq gətirmək məqsədi ilə “Media haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə uyğun olaraq Qax Damazlıq İpəkçilik Stansiyasının Tender Komissiyasına elektron sorğu məktubu ünvanlamışdır. Məktubda qurumun Tender Komissiyasından aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunmuşdur.
Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının Tender Komissiyası 2020-2023-cü illər ərzində açıq tender və kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara heç bir dəvət elanı verməmişsə, bu prosedurları necə həyata keçirmişdir?
Satınalmalar üzrə iddiaçılara E-tenderdə elektron dəvət elanı verilməmişsə bu tenderin qalibi necə müəyyən edilib?
Əgər açıq tenderin keçirilməsi barədə əvvəlcədən qanunla müəyyən olunmuş şəkildə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə, elektron qaydada iddiaçılara dəvət elanı verilməmişsə bu satınalma prosedurları hansı üsullarla keçirilmişdir?
Suallara aydınlıq gətirilməsi məqsədi ilə Qax Damazlıq İpəkçilik Stansiyasının Tender Komissiyasının əlaqələndirici şəxsi ilə də əlaqə saxladıq. Oradan bu məlumatların dövlət satınalmalarının vahid internet portalının bazasında olmamasını saytın yenilənməsi ilə əlaqələndirdilər və bütün satınalmaların qanun çərçivəsində keçirildiyini bildirib, məktuba yaxın zamanda cavab veriləcəyini qeyd etdilər.
Lakin deyəsən sorğu məktubu Stansiyasının direktoru Əkrəm Fətəliyevi bərk narahat edib. Qabaqdangəlmişlik edərək onu şantaj etdiyimizi iddia edir. Nədən? Çünki biz ondan hər gün restoranlarda xərclədiyi pulların mənbəyini də soruşduq.
Bu respublikamızın şimal-qərb bölgəsindən redaksiyamıza daxil olan məlumatlarda barama qurdunun Şəki, Zaqatala Qax və Balakən rayonlarında kəndlərin icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və məktəb direktorlarına bir çox hallarda məcburən verildiyi bildirilir, bunun isə sakinlərin narazılığına səbəb olduğu söylənilir. Məlumatlarda Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevin dövlətin baramaçılığın inkişafına göstərdiyi qayğıdan istifadə edərək son vaxtlar özünə var dövlət toplaması, hər axşamı restoran və müəyyən xanalarda keçirməsi də bildirilir. Biz də bir mətbuat orqanı olaraq araşdırma aparmağa başladıq ki, dövlətin kümçülərə pulsuz payladığı barama qurdlarında Əkrəm Fətəliyev necə gəlir əldə edir? Məlum oldu ki, Əkrəm Fətəliyevin rəhbərliyi altında Qax Damazlıq İpəkçilik Stansiyasında satınalmalar qanunla müəyyən olunmuş qaydalarda həyata keçirilmir. Bu isə şübhələnməyə əsaslar verir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illər bu sahəyə dövlət tərəfindən milyonlarla manat dövlət vəsaiti xərclənib. Görsənən odur ki, Dövlət Proqramı baramaçılığın və ipəkçilikdən daha çox Əkrəm Fətəliyevin işinə yarayıb. Yoxsa aldığı maaaşla hər axşam gününü restoran və müəyyən xanalarda necə keçirərdi? Təbii ki, restoranda oturub yeyib-içmək qəbahət deyil. Amma bunu hər axşam etmək üçün gərək imkanlı bir biznesmen olasan. Əkrəm Fətəliyev isə biznesmen deyil. Bəlkə də artıq özünə biznes qurub. Amma bu biznesi hansı maaşla qurub ki, hər axşam restoran və müəyyən xanalardadı? Bu suallara Əkrəm Fətəliyev cavab verməkdən boyun qaçırdı və bizi onu şantaj etməkdə suçladı. Əslinə bu sualları hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimova vermək lazım idi. Axı respublikada baramaçılığın və ipəkçiliyin inkişafına bir islahatçı nazir kimi o başlamışdı. Baramaçılığın inkişafına ayrılan milyonlardan tenderlər yolu ilə kimlərin nə qazandığını da o yaxşı bilərdi. İndi yeni Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdan soruşmaq istəyirik. Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevin aylıq maaşı nə qədərdir ki, restoran və bəzi xanalarda hər axşam xərcləyə bilir?
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|