Texniki Universitetin ADI DƏYİŞDİRİLSİN... - Müəllimlər TƏKLİF EDİR...
Tarix: 17-07-2023, 09:27 | Çap et
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalənin ƏVVƏLİ BURADA: Təhsil sistemində TEXNİKİ NASAZLIQ... - NAZİRİN NƏZƏRİNƏ...
Məqalənin davamında deyilir: "Humanitar fənlər haqqında ətraflı danışaq. Humanitar fənlər texniki ixtisaslar üçün tədris planlarının 2020-ci ildə təsdiq edilmiş son variantlarında demək olar ki, ümumi tədris saatlarının üçdə birini təşkil edir! Biz sovet dövründəki kimi “sovet ictimai xadimi” hazırlayırıq, yoxsa mühəndis kadrları? Əgər biz bakalavrlar üçün cəmi 4 illik tədris müddəti olan Bolonya sisteminə keçiriksə, bəs humanitar fənlər niyə saxlanılır? Tədris planlarının 2020-ci il versiyalarında humanitar fənlər bölməsi gözdən yayındırılmaq üçün “Ümumu fənlər bölməsi” adlandırılıb, ancaq bununla onların mahiyyəti dəyişməyib. Yadımızdadır ki, Sovet dövründə bütün ali təhsil müəssisələrinin bütün ixtisaslarında “Kommunist partiyasının tarixi”, “Siyasi iqtisad”, “Marksizm-Leninizm fəlsəfəsi”, “Elmi kommunizm” adlı siyasiləşdirilmiş fənlər var idi. Bu fənlərin hər biri 2 semestr tədris edilirdi və ixtisasından asılı olmadan hamı üçün ən əsas fənlər hesab edilirdi. 30 ildən artıqdır ki, Sovet sistemindən uzaqlaşsaq da, ali təhsildə Bolonya sisteminə keçsək də, hələ ali təhsilimiz bu fənlərin kölgəsindən xilas olmayıb. Yenə də texniki ixtisasların tədris planlarında Tarix, Fəlsəfə, İqtisadiyyat, Sosiologiya, Etika və estetika, Məntiq, Konstitusiya və hüquq, Politologiya və s. adlarla humanitar fənlər qalmaqdadırlar və tədris saatlarının xeyli hissəsini tuturlar. Məgər biz politoloq hazırlayırıq? 22 saat məhdudiyyəti ilə çox mühüm ixtisas fənlərini daxil etmək üçünsə tədris planlarında yer yoxdur! Hələ bunlara əlavə olaraq, əvvəllər heç vaxt olmayan “Azərbaycan dili” fənni də əlavə olunub (???). Bu fənnin isə tarixi belədir. Müstəqilliyimizin ilk illərində, 90-cı illərin əvvəllərində texniki yönümlü universitetlərdə rus dilli tədris sektoru demək olar ki, ümumi qəbulun 30-40%-ni təşkil edirdi. O vaxtlar azərbaycan sektorunda sovet ənənəsi üzrə Rus dili fənni tədris edilirdi. Çoxlarında belə bir sual yaranırdı: “azərbaycan sektorunda rus dili tədris edilirsə, niyə bəs rus sektorunda azərbaycan dili tədris edilməsin?”. Və təcili olaraq, universitetlərdə Azərbaycan dili kafedraları yaradıldı, müəllimlər toplandı, rus sektorunun tədris planlarına “Azərbaycan dili” fənni daxil edildi. Sonra bir neçə ildən sonra azərbaycan sektorunda tədris planlarından “Rus dili” fənni məcburi fənn kimi çıxarıldı, rus sektoruna isə qəbul azaldı... Bəs Azərbaycan dili kafedraları necə olsun, müəllimlər necə olsun, işdən çıxarılsınlarmı? Sualın çox sadə cavabı tapıldı – azərbaycan sektorunda bakalavr tədris planlarına “Azərbaycan dili” fənni əlavə edilsin (???). Təbii sual yaranırdı ki, bəs orta məktəbdə bu tələbələr 11 il azərbaycan dili oxuyublarsa, texniki universitetdə niyə yenidən oxumalıdırlar və bu, onlara əlavə olaraq, nə verəcək? Çıxış yolunu da onda tapdılar ki, fənnin adını maskalayaraq, bir qədər dəyşdirmək lazımdır, məsələn, “İşgüzar azərbaycan dili”. Baxın, bizim nazirliyimiz Bolonya sisteminə belə keçir, texniki ixtisasların tədris planlarını belə mülahizələr əsasında formalaşdırır. Digər tərəfdən, görünən odur ki, bizim ali təhsil sistemimiz Rusiyanın ali təhsil sisteminin dalınca sürünür. Bu da yəqin ki, 5-ci kolonun “fəaliyyəti” nəticəsində baş verir. Rusiya 2004-cü ildə Bolonya sisteminə daxil oldu, biz 2005-ci ildə daxil olduq. Bəs 2005-ci ilə qədər biz 14 il idi ki, müstəqil idik, niyə Bolonya sistemi haqqında düşünmürdük? İndi isə son ildə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi nəticəsində Rusiya Federasiyası bütün Avropa qurumlarından qovulub, xaric edilib. Və Rusiya indi (pərt olmamaq üçün) üzünü Asiya və Afrika ölkələrinə döndərib. Bizi isə Avropadan qovan yoxdur ki. Amma biz də son aylar Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin mediadakı çıxışlarından eşidirik ki, orta təhsilimizdə Sinqapur (???) sisteminin tətbiq edilməsinə hazırlıq gedir. Ayıb deyilmi? Bu məsələdə deyəsən, biz hətta Rusiyanı da qabaqlayırıq. İndi onlar bizim ardımızca gəlsinlər. Əgər nazirliyimizdə Asiya təhsil sisteminə keçməyi çox istəyirlərsə, heç olmasa, inkişaf etmiş ölkələrdən birini seçəydilər, məsələn Yaponiyanı və ya ən azı Çini, yoxsa Sinqapur haradan ağıllarına gəldi? Bəs növbəti dəfə papuasların təhsil sisteminə keçmək necə olar? Deməli, orta məktəbdə təhsil alan bir nəsil üşaqlarımızın da başını Sinqapur sistemi ilə aldadacaqlar? Ölkə üçün strateji, həyati əhəmiyyətli, taleyüklü belə qərarları kim qəbul edir? Elm və Təhsil Nazirliyində məsul vəzifələr tutan, yayın istisində də qara kostyum və qalstukda gəzən, xaricdə təhsil almış “gənc mütəxəssislərimiz”, yoxsa şəxsən magistr-nazirimiz Emin Əmrullayev? Onlar Sinqapur sistemini tətbiq etməklə hesabat verəcəklər ki, bir beynəlxalq səviyyəli “layihəni” də müvəffəqiyyətlə həyata keçirdik. Maraqlıdır ki, əvvəl bizdə nazirlik Təhsil Nazirliyi adlanırdı, indi isə Rusiyada olduğu kimi – Elm və Təhsil Nazirliyi oldu. Onda heç olmasa Rusiyaya baxıb, orta təhsil sistemi üçün ayrıca Maarif Nazirliyi də yaradaydılar və o, yalnız uşaq bağçaları və məktəb sistemi ilə məşğul olaydı. Bu, pis olmazdı. Yoxsa, uşaq bağçalarından tutmuş, orta məktəblər, texniki-peşə məktəbləri, kolleclər, universitetlər və keçmiş Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına qədər hamısını yığıb, bir qazana töküblər. Yazıq nazir bu kolxozu necə idarə etsin, magistr Emin Əmrullayev olmasın, kim olur, olsun? Həm də magistr-nazir elmi-tədqiqat institutlarının aralarında hətta akademiklər də olan direktorlarına necə rəhbərlik edə bilər? Suallar və uyuşmazlıqlar çoxdur... Bu yaxınlarda nazir Emin Əmrullayev çıxışlarının birində dedi ki, bakalavr təhsilinin müddətini 3 ilə endirmək lazımdır, çünki xarici ölkələrdə 3 illik bakalavriatura təhsili də var. Vəssalam... Gələcək “inkişafımızın” növbəti istiqaməti də anons edildi! Onlar tədrisimizi birdəfəlik kökünü kəsmək üçün daha hansı yollar axtarıb tapacaqlar? Orta təhsilimizin haqqında isə biz müzakirə açmaq istəmirik. Bu, çox böyük və çox da ağrılı bir məsələdir. Ali təhsilimizin səviyyəsizliyinin bir çox bəlalarının bünövrəsi orta təhsil sistemində qoyulur. Yenə bu yaxınlarda nazir Emin Əmrullayev çıxışlarının birində etiraf etdi ki, “bizim orta məktəblər şagirdlərə bilik vermir”. Hamıya məlumdur ki, məktəblilər orta təhsili az-çox yalnız repetitorların pullu xidməti sayəsində alırlar. Hamıya məlumdur ki, orta məktəbin ən azı 9, 10, 11-ci siniflərində, 3 il müddətində şagirdlər demək olar ki, dərsə getmirlər. Hərdən bir, hər sinifdə növbə ilə dərsə gəlirlər ki, kənardan baxanda məktəbdə şagird, dərs görüntüsü yaransın. Bu, hamıya məlumdur. Deməli, 5-ci kolon öz tapşırıqlarını yaxşı icra edib və icra etməkdədir. Çox təəssüf... Vilayət Vəliyev isə 4 ildir ki, həmin tapşırıqları öz rəhbərlik etdiyi universitet miqyasında “müvəffəqiyyətlə” yerinə yetirir. Ölkəmizin 30 ildən artıq bir dövrdə separatizmdən əziyyət çəkdiyi, separatizmə qarşı mübarizə apardığı bir dövrdə rektor Vilayət Vəliyev Azərbaycan Texniki Universiteti adında SEPARAT bir MUXTAR VİLAYƏT yaradıb və orada özünün icad etdiyi qanun-qaydaları tətbiq etməklə məşğuldur. Bu separat Muxtar Vilayətdə Azərbaycan qanunları və normativ sənədləri qüvvədə deyil, Vilayət qanunları qüvvədədir. Bu haqda ictimaiyyətə nə qədər məlumat veririksə, müvafiq vəzifəli şəxslər və əlaqədar dövlət təşkilatları bir maraqlanmırlar ki, bir gedək görək, yoxlayaq, bu müəllimlərin yazdıqları doğrudur, ya yalan? Görək, Vilayət separatizminə nə vaxt son qoyulacaq... Yəqin o vaxt ki, V.Vəliyev AzTU-nun əsas binasının üzərində olan “Azərbaycan Texniki Universiteti” yazısını sökdürüb, əvəzində “Vilayətin Muxtar Vilayəti” yazdırsın.
Hörmətlə, Azərbaycan Texniki Universitetin müəllimlərindən bir qrupu"
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
|