Ağstafada xəstələri nədən Qazaxa yollayırlar? - GİLEY
Tarix: 8-03-2024, 08:15 |
Çap et
Ağstafa rayonunun sakinləri həkim çatışmazlığından əziyyət çəkir. Bu barədə dia-az.life-ya daxil olan müraciətdən anlaşılır.
Onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur.
Sakinlər adından dia-az.life-ya daxil olan müraciətdə daha sonra deyilir:
“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır.
Bizə Qazax rayonuna getməyimizi deyirlər. Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik”.