Ziya Məmmədovun bankı bir ailəni necə zəlil etdi? - ŞİKAYƏT VAR
Tarix: 25-08-2015, 09:37 | Çap et
...Bakıda keçirilən I Avropa oyunlarından az əvvəl mineral suların keyfiyyətinə həsr olunmuş mətbuat konfransı keçirilirdi. Beynəlxalq Mətbuat Mərkəzində olan bu tədbirdə ekspert kimi çıxış edən Tibb Universitetinin professoru Rəşid Mahmudov bildirdi ki, mineral suların tərkibində 100 mlliqramdan 300 milliqrama qədər yod və mineral maddələr olmalıdır: “İnsanda olan qalxanabənzər vəzə daxil olan maddələrin miqdarından asılı olaraq adam savadlı, şair, alim s. ola bilər”. Professorun bu sözlərindən sonra ona belə bir sualla müraciət etdim: “Rəşid müəllim, deyirsiniz ki, qalxanabənzər vəzə daxil olan maddələrin miqdarından asılı olaraq adam savadlı, şair, alim s. ola bilər. Bəs, o hansı maddələrdir ki, bizim qalxanabənzər vəzə daxil olur və bizi yalana, bir-birinə atmağa sövq edir?” Təbii ki, bu suala həm Rəşid Mahmudov, həm jurnalistlər, həm də tədbirdə iştirak edən mineral su istehsal edən şirkətlərin nümayəndələri bəs deyincə güldülər. Düzdür, sualı məhz gülmək məqsədi ilə vermişdim. Amma ətrafımıza baxanda bunun bir həqiqət olduğunu görürük. Ziya Məmmədovun bankı bir ailəni necə zəlil etdi?
Qənirə Paşayevanın adından gələn dələduzlar...
Bu günlərdə redaksiyamıza sənədlərlə dolu böyük bir qovluqla Xaliq Əskərov adlı vətəndaş təşrif buyurdu. Xeyli söhbət etdik. Dələduzların nüfuzlu bir şəxsin adından istifadə edərək, Əskərovlar ailəsinin başına açdığı müsibətləri ürək ağrısız dinləmək mümkün deyildi. Beləliklə, Abşeron rayonunun Saray qəsəbəsi, Mikayıl Müşviq küçəsi-55 ünvanda Əskərov Xaliq Qələndər oğluna məxsus 2 mərtəbəli qeyri-yaşayış sahəsi olan obyekt neçə müddətdir problemsiz fəaliyyət göstərirmiş. Obyektin 1-ci mərtəbəsində “Super market”, yeməkxana, ayaqqabı sexi, ev alqı-satqısı ofisi, kişi və qadın gözəllik salonları, fitnes zalı, musiqi disklərinin satışı mağazası, ayaqqabı və paltar satışı mağazaları mövcud olub. 2-ci mərtəbəsi isə gələcəkdə tibb klinikasının fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Ancaq “Sən saydığını say, gör fələk nə sayır”, daha doğrusu, dələduzlar və onlara havadarlıq edənlər nə sayır?
Dələduzlar hörmətli akademik Arif Paşayevin adından necə istifadə etdilər?
Bəli, obyektin yaxşı gəlirli olduğunu görən Bakı şəhəri A.Abbasov küçəsi-9 b, ev 34-də yaşayan İsmayılova Qənirə Eldar qızı başının dəstəsi ilə günlərin birində həmin obyektin yanında varid olur. Obyektin sahibi kimi Xaliq Əskərovla görüşürlər. Təbii ki, ilk baxışda burada qeyri-adi heç nə yoxdur. Biri obyekt almaq istəyir və bu məqsədlə də obyekt sahibi ilə bazarlaşmağa gəlib. Ancaq bu bazarlaşma kimin adından edilir? Elə ən maraqlı məqam da budur. Həmin bu Qənirə İsmayılova Xaliq Əskərova özünü millət vəkili Qənirə Paşayevanın köməkçisi kimi təqdim edərək deyir: “Sənin bu obyektini Arif Paşayev almaq istəyir.” X.Əskərov hörmətli akademikin adını eşidən kimi, heç bir problem olmadığını bildirir. Halbuki, X.Əskərov yuxarıda qeyd etdiyimiz kimi, sahibkarlıq fəaliyyətini daha da genişləndirmək və yeni iş yerlərinin açılmasını nəzərdə tutmuşdu. Çünki hörmətli cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhrələnən X.Əskərov da, bu sahədə daha geniş işlər görmək niyyətində idi. Ancaq Qənirə Paşayevanın “köməkçisi” Qənirə İsmayılova çox hörmətli akademik Arif Paşayevin adını çəkməsi bəs edir ki, X.Əskərov bütün gələcək planlarından əl çəksin. Beləliklə də, bazarlaşma başlayır. Nəticədə yerləşdiyi 10 sot ərazi ilə birlikdə 964,46 kvm-lik qeyri yaşayış sahəsi olan obyektin 1 milyon 700 min manata satılmasına razılaşırlar. Qənirə xanımla birlikdə yanında olan Məmmədəli, İlham və Ömər adlı şəxslər də bu danışıqda iştirak edirlər. Obyekt bəyənilir, lakin guya obyekti alan Arif Paşayevlə də məsləhətləşmək lazımdır. Danışıq zamanı Q.İsmayılova özünü “Paşa MMC”-nin direktoru kimi təqdim edir və bir daha X.Əskərovu inandıra bilir ki, həqiqətən də bu işin arxasında hörmətli Arif Paşayev dayanıb və o da onlara məxsus “Paşa MMC” kimi bir firmanın rəhbəridir. Bir-iki günə görüşmək şərti ilə Qənirə xanımın dəstəsi oradan uzaqlaşır. Bu yerdə yadıma Qoqolun “Müfəttiş” əsərindəki Xelestakov obrazı düşdü. Boş-bekar, yəni avara Xelestakov da bildiyimiz kimi özünü müfəttiş kimi təqdim edərək, dələduzluqla məşğul olur. Bu gün belə baxanda əksər insanların əməlli- başlı aktyorluq etdiyinin şahidi olarıq. Yəqin ki, məhz bu səbəbdən məşhur rejissor Stanislavski demişdir: “Həyat bir səhnədir, insanlar aktyor.” Qənirə xanımın hörmətli akademik Arif Paşayevin nümayəndəsi və millət vəkili Qənirə Paşayevanın köməkçisi obrazına məharətlə girə bilməsi, bu insanın böyük aktyorluq isdedadından xəbər verir. Elə onun aktyorluq məharətinin sayəsində Xaliq Əskərov gipnoz vəziyyətinə düşür və onların bütün istəklərinə “baş üstə”- deyir. Doğurdan da, iki gündən sonra Qənirə xanım başının dəstəsi ilə yenidən obyektin yanında peyda olur. O, X.Əskərova guya Arif Paşayevin fikirlərini çatdırır və məlum olur ki, guya hörmətli akademik qiymətin yuxarı olmasından narazılıq edir. Beləliklə, o boyda işlək obyektin qiyməti 900 min ABŞ dollarına endirilir. X.Əskərov nə qədər cəhd etsə də ki, heç olmasa, qiyməti 1 milyon ABŞ dollarına qaldırsınlar, lakin “aktyorlar” buna razılaşmırlar. Bu sövdələşmənin arxasında nüfuzlu adamın dayanması, nəhayət, X.Əskərovu da deyilən qiymətlə razılaşmağa məcbur edir. Və bu xəbəri, yəni razılaşmanı guya Arif müəllimə çatdırmaq üçün yenə 1-2 gün yoxa çıxırlar. 2 gündən sonra gəlirlər ki, guya Arif müəllim bu məbləğlə razıdır və Qənirə İsmayılova belə deyir: “İndi 1-2 saat ərzində Aqil Əliyev 100 min manat beh gətirəcək, ona qədər sən mənə etibarnamə ver ki, mən alqı-satqı prosesini tez həyata keçirim.” Nəhayət, Xaliq Əskərov Q.İsmayılovaya obyektin alqı-satqısı üçün etibarnamə verir. Ancaq nəinki deyilən vaxtda, hətta gün ərzində deyilən 100 min manat beh gəlib çıxmır. İş qalır səhərə. Səhəri gün isə “pulun bankdan çıxarılmasında kiçik problem yaranıb, ona görə də beh kimi veriləcək 100 min manat bir az ləngiyir, ancaq Arif müəllim işin tezliklə həll edilməsini istəyir. Ona görə biz sənə öz cibimizdən beh kimi müəyyən qədər pul veririk inanasan ki, alqı-satqı prosesini sürətləndirək.” Beləliklə, Q.İsmayılova X.Əskərova 20 min manat və 5 min ABŞ dolları məbləğində pul verərək, alqı-satqının real olduğunu göstərir. Buna inanan X.Əskərov bir neçə gündən sonra Q.İsmayılovanın başının dəstəsi və təklifi ilə obyektin yerləşdiyi Abşeron rayonundakı yox, Bakıdakı 19 saylı Notariat Kontoruna yollanırlar. Notariusa X.Əskərovun oğlu Zaur Əskərovun maşınında gedirlər. Yolda Q.İsmayılova bildirir ki, onlar 900 min ABŞ dollarını birdəfəyə verə bilməzlər: “Odur ki, notariusda sən razılıq ərizəsi yazırsan və öz aramızda borc müqaviləsi bağlayaq ki, obyektin alqı-satqısını tez həyata keçirim. Pulları isə hissə-hissə ödəyəcəyik.” Məhz bu yerdə X.Əskərov dələduzların toruna düşdüyünün fərqində olur. Çünki yaxşı bilir ki, hörmətli akademik Arif Paşayev ömründə belə çiy işlərə qol qoymaz və adi bir sahibkarla 900 min ABŞ dollarından ötrü borc müqaviləsi bağlamaz.
Dələduzlar maskalarını çıxarırlar Ziya Məmmədovun bankı bir ailəni necə zəlil etdi?
Odur ki, X.Əskərov buna qəti etiraz edir, lakin artıq etiraz qəbul olunmur və dələduzlar maskalarını çıxarıb, əsl sifətlərini göstərməyə başlayırlar. Q.İsmayılova deyir: “Oğlunu bu saat sənin gözünün qabağında öldürərik, səni də ömürlük şikəst edərik, biz deyən şərtlərə razılıq verib, qol çəkməlisən. O cümlədən həyat yoldaşını da çağırıb razılıq ərizəsini almalıyıq.” Onun sözlərindən sonra Q.İsmayılovanın yanında olan Məmmədəli, Ömər, İlham da X.Əskərovu hədələyərək, deyiblər: “Biz sənin kimi çoxlarını sındırmışıq, bizim kəsdiyimiz başa sorğu-sual yoxdur. Başının və oğlunun salamat olmasını istəyirsənsə, deyilən şərtlərlə razılaşmalısan, yoxsa bu gün buradan evə salamat getməyəcəksən.” Bizimlə söhbətində X.Əskərov yana-yana davam edərək dedi: “Gördüm ki, bərk ilişmişəm, bunların əlindən nə desən gələr. Ona görə də yalan danışaraq, bildirdim ki, yoldaşım rayondadır, onu bu gün bura gətirmək mümkün deyil. Ona görə də mən borc müqaviləsini və obyektin satılması üçün alqı-satqı sənədlərini imzalamağa hazıram. 1-2 gündən sonra da yoldaşımın razılıq ərizəsini alaram. Ancaq yoldaşım əvvəlcədən obyektin alqı-satqısı üçün razılıq ərizəsi vermişdi. Ancaq bunlar məsələni başqa səmtə yönəltdilər. Təbii ki, borc müqaviləsinə də yoldaşımın razılıq ərizəsi olmalı idi.” Göründüyü kimi, Bakı şəhərindəki 19 saylı Dövlət Notariat Kontorunun (DNK) rəisi açıq-aşkar qanunsuzluğa yol verib. Çünki həmin obyekt nigahda olarkən X.Əskərovla həyat yoldaşı Kəmalə Əsgərovanın birgə mülküdür. Odur ki, ikisinin də razılığı olmadan obyekt üzərində hər hansı bir əməliyyatın aparılması qeyri-qanunidir. Görünür Q.İsmayılovanın bu, 19 saylı DNK-nın rəisi ilə gördüyü birinci iş deyilmiş. Odur ki, əvvəlcədən əldə etdiyi etibarnamə ilə dələduzlar artıq öz işlərini görmüşdülər. Sonradan məlum olur ki, obyekt “Bank of Azərbaycan”ın 1 saylı filialında ipoteka yüklü edilib və 1 milyon 494 min ABŞ dolları məbləğində müqavilə bağlanılıb, lakin 300 min ABŞ dolları həcmində kredit götürülüb. Beləliklə, 10 sot ərazi və 964,46 kvm-lik obyekt X.Əskərovun mülkiyyətindən çıxarılaraq “Bank of Azərbaycan”nın ixtiyarına verilib. Bundan xəbər tutan X.Əskərov təcili Q.İsmayılovaya verdiyi etibarnaməni ləğv etdirir və bununla da müsibətli günləri başlayır. Təbii ki, X.Əsgərova o da məlum olur ki, bu işin arxasında nəinki, hörmətli Arif Paşayev, hətta kiçik bir vəzifə sahibi olan şəxs də yoxdur. Deməli, X.Əskərov peşekar dələduzlarla hüquqi müstəvidə mübarizəyə başlamalıdır və belə də edir. X.Əskərovun həyat yoldaşı Kəmalə Əskərova Nəsimi rayon Məhkəməsinə müraciət edir. Kəmalə xanım cavabdeh qismində isə “Bank of Azərbaycan”ASC-nin nümayəndələrini, “Paşa” MMC-nin direktoru Qənirə İsmayılovanı göstərir. Nəsimi rayon Məhkəməsinin 24.12.2012-ci il tarixli, hakim İkram Şirinovun sədrliyi ilə keçən iclasında olduqca obyektiv araşdırmalar aparılır. Məhkəmə aydın edir ki, Kəmalə və Xaliq Əskərovların mülkü dələduzların vasitəsilə qeyri-qanuni olaraq “Bank of Azərbaycan” ASC-nin mülkiyyətinə verilib. Burada bir maraqlı məqam aydınlaşır ki, sən demə, K.Əskərova Nəsimi rayon Məhkəməsinə müraciət etməklə elə bil arının yuvasına çöp uzadıb. Bu ifadə sizə qəribə gəlməsin. Çünki Qənirə İsmayılovanın və başçılıq etdiyi dəstənin bu kimi dələduz əməllərinin sayı hədsiz dərəcədə çox imiş. Belə məlum olur ki, X.Əskərovdan başqa Q.İsmayılova 14 nəfəri də dələduzluq yolu ilə soyub-talamışdır. Əməlinin artıq hamıya məlum olduğunu və dələduzluğu həddən çox törətdiyini yaxşı dərk edən Q.İsmayılova “asta qaçan namərddir”- devizi ilə Rusiya Federasiyasına qaçır. Amma atalar yaxşı deyib: “Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçər.” Odur ki, hüquq mühafizə orqanları Q.İsmayılovanı 08.07.2011-ci ildə Rusiya ərazisində tutub, respublikaya gətirirlər. Bu məqsədlə isə, qeyd etdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi açılır. Deməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əhməd Quliyevin sədrliyi ilə 02.08.2012-ci il tarixdə keçirilən iclasında bütün məsələlərə əsl hüquqi qiymət verilib. Məlum olur ki, Qənirə İsmayılova və dəstəsi müxtəlif dələduzluq yolu ilə Bakı şəhər sakinləri Namiq Vahabova 71 min 135 manat, Allahverdi Allahverdiyeva 60 min 847 manat, Aqil İbad oğlu Əliyevə 11 min 607 manat, Yaşar Məmmədova 33 min manat, Arif Allahverdiyevə 30 min manat, Tair Quliyevə 40 min manat, Məmməd Məmmədova 2 min manat, Elşən Kərimova 8 min 500 manat, Anar İsmayılova 3 min 540 manat, Nəriman Abdullayeva 13 min, 400 manat, Yaqut Nəsirovaya 14 min 682 manat, Ziba Səfərovaya 8 min 982 manat ziyan vurmuşlar. X.Əsgərov Nəsimi rayon Məhkəməsindən əvvəl dələduzların tutulub məsuliyyətə cəlb edilməsi məqsədi ilə, yaşadığı ərazi üzrə Nərimanov rayon Polis İdarəsinə müraciət etdiyindən, onun da adı digər 14 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş qismində düşür. Maraqlıdır ki, cavabdeh kimi Qənirə İsmayılova özünü bu məhkəmədə qismən təqsirli bilib və deyilənlərin həqiqət olmadığını hakimlərin diqqətinə çatdırıb. Haqlı olaraq hakim Əhməd Quliyev cavabdeh Qənirə İsmayılovaya irad bildirib ki, ”qoy bu deyilənlərin 1-i, 2-si, 3-ü yalan olsun, yəni bu 15 nəfərin hamısı yalan danışır?” Gətirilən sübutlar, faktlar və şahidlər qarşısında Qənirə İsmayılova heç bir arqument gətirə bilməmiş və onun 15 nəfərə dələduzluq yolu ilə külli miqdarda ziyan vurduğu sübut olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi obyektiv və hərtərəfli araşdırmadan sonra belə bir hökm çıxarıb: “... Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 34, 351,353, 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Səbail rayon Məhkəməsinin 03.05.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il azadlıqdan məhrum etmə cəza ilə qismən toplanılın və Q.E.İsmayılovaya qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin...” Məhkəmə hökmündən göründüyü kimi Qənirə İsmayılova dələduzluq peşəsinin əsl peşəkarı imiş. Çünki Səbail rayon Məhkəməsində də bu əməlinə görə cəza alıbmış. Və nəhayət, “su çanağı suda sınar” prinsipi ilə Qənirə İsmayılova törətdiyi əməllərin cəzasını aldı. Bəs onun 15 nəfərə vurduğu küllü miqdarda ziyan necə olsun? Bundan əlavə, məlum olub ki, yaratdığı saxta “Paşa”MMC- də isə dövlətə küllü miqdarda vergi borcu yaranıb. Borc isə 164 min 611 manat təşkil edir. Həmin pulun tutulub dövlətə ödənilməsi də məhkəmə hökmündə yer alıb.
Şap elə bilir şupdadır, şup elə bilir şapdadır
Nəsimi rayon Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsi kimi əsl həqiqəti ortaya çıxarır. Məlum olur ki, X.Əskərov mülkün alqı-satqısına dair etibarnaməni Qənirə İsmayılovaya versə də, “Bank of Azərbaycan” ASC-dən pulu Ədalət Əkbərov adlı bir başqası götürüb. Maraqlıdır, ayrı vaxtı banklar 2-3 min manatı vermək üçün o qədər şərtlər qoyur, sənədləri isə az qala mikroskopdan keçirir. İndi nə oldu ki, “Bank of Azərbaycan” ASC-də obyekt Qənirə İsmayılovanın adına olduğu halda, mülkiyyət Ədalət Əkbərovun adına ipoteka yuklü edilir, külli miqdarda pulu isə, yenə Qənirə adlı qadın götürür. Necə deyərlər, şap elə bilir şupdadır, şup elə bilir şapdadır. Bu barədə Nəsimi rayon Məhkəməsinin hələ 29.12.2009-cu il tarixli 2(006)-4003/2009 saylı qətnaməsi də var. Həmin qətnamədə yazılıb: “... İddiaçı “Bank of Azərbaycan” ASC-nin “Paşa”MMC, İsmayılova Qənirə Eldar qızına, Əkbərov Ədalət Həbib oğluna və Əskərov Xaliq Qələndər oğluna qarşı “Kredit borcun tələb olunması və ipoteka yolu ilə yüklənmiş obyektin açıq hərracdan satılması barədə iddia tələbi” qismən təmin edilərək cavabdeh “Paşa” MMC-dən 975 min ABŞ dolları əsas borcun, 149 min 392 ABŞ dolları faiz borcu, 26 min 162 ABŞ dolları pulu, cəmi 1 milyon 150 min 554 ABŞ dolları məbləğində pul tutularaq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən məzənnəsi nəzərə alınmaqla dövlətə ödənilməsi təmin edilsin.” Məhkəmə araşdırmasında göstərilir ki, cavabdehlər Qənirə İsmayılova və Ədalət Əkbərovun bu pulları ödəməyə imkanları olmadıqda hər birinin Bakı şəhərindəki mənzilləri hərrac yolu ilə satılıb, həmin borca yönəldilməsi təmin edilsin. Məhkəmədə o da göstərilir ki, bütün sənədlərin təsdiq edilməsində Bakı şəhərindəki 43, 46 və 19 saylı Dövlət Notariat Kontorları böyük rol oynayıb. Nəhayət, məhkəmə sonda belə bir qətnamə qəbul edir: “... İddia qismən təmin edilsin. Cavabdehlər:“Bank of Azərbaycan” ASC, “Paşa”MMC və Əskərov Xaliq Qələndər oğlu arasında Abşeron rayonu Saray qəsəbəsi M.Müşviq küçəsi 55 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış 14.09.2009-cu il tarixli 425/03 saylı ipoteka müqaviləsi və hərracın nəticələrinə dair “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”-nin 21.09.2010-ci il tarixli 72/01 saylı protokolu etibarsız hesab edilsin və “Bank of Azərbaycan” ASC-nin adına verilmiş 308013002161-06301 reyestr nömrəli 1610015233 qeydiyyat nömrəli 27.01.2011-ci il tarixli, seriya MA0139241 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin.” Göründüyü kimi, Nəsimi rayon Məhkəməsi haqq-ədalətin keşiyində duraraq X.Əskərova dələduzlar tərəfindən edilmiş qanunsuzluğu müəyyən etmiş və ziyanın ödənilməsi üçün qərar çıxarılmışdır. Amma maraqlıdır ki, bu qanunsuzluqlara rəvac verən 43, 46 və 19 saylı Dövlət Notariat Kontorlarının (DNK) rəisləri məsuliyyətdən kənarda qalmışlar. Axı, həmin DNK rəisləri öz işlərində qanunçuluğu əsas tutmalı və hər hansı bir müqavilə, arayış təsdiqlənəndə mütləq dövlət sənədlərinə istinad etməlidir. Ancaq göründüyü kimi hər üç DNK rəisi şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq vətəndaşlara həm maddi, həm də mənəvi ziyan vurmuşlar. Yəqin ki, Ədliyyə Naziri hörmətli Fikrət Məmmədov məsuliyyətdən kənarda qalmış bu DNK rəisləri barədə ciddi tədbir görəcək. Məhz belə yerində olmayan məmurların günahından həm nazirliyin, həm də dövlətimizin imicinə və nüfuzuna ziyan gəlir. Nəticədə vətəndaşlar bilərəkdən dövlətdən narazı salınırlar.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Abbasov Əskərovlardan onların xeyrinə qətnamə çıxartmaq üçün 20 min manat rüşvət istəyib?
Çox maraqlıdır ki, el dilində deyildiyi kimi “ayıbına kor olub oturmaqdansa” hələ günahsız olduğunu sübut etmək üçün Qənirə İsmayılovanın nümayəndəsi və saxtakarlıqla özgənin əmlakına yiyələnən “Bank of Azərbaycan” ASC Nəsimi rayon Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət verirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyası 12.07.2013-cü il tarixli hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən iclasında femidanın tərəzisi dəhşətli dərəcədə əyilir. Artıq Nəsimi rayon Məhkəməsində hər şeyin göz önündə olması, nədənsə, hakim Natiq Abbasovun marağına uyğun gəlmir. Odur ki, hakim N.Abbbasov X.Əskərovun oğlu Zaur Əskərovu sövdələşməyə dəvət edir. Burada X.Əskərovun həyat yoldaşı Kəmalə Əskərovanın Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevə yenicə ünvanladığı məktubdan sitat gətirmək yerinə düşərdi: “Apellyasiya Məhkəməsi dövründə həyat yoldaşım X.Əskərov xəstələndiyinə görə məhkəmə məsələləri ilə oğlum Əskərov Zaur Xaliq oğlu məşğul olurdu. Apellyasiya Məhkəməsinin hakimi Natiq Abbasov oğlum Zauru yanına dəvət edib Nəsimi rayon Məhkəməsinin 24.12.2012-ci il tarixli qətnaməsini qüvvədə saxlayaraq bizim xeyrimizə qətnamə qəbul etməsi üçün 20 min manat pul istəyib. Bu işdə haqqlı olduğumuzu bildiyimiz üçün hakimə rüşvət verməkdən imtina etdik.” Təbii ki, belə bir hakimin sədrlik etdiyi məhkəmədən haqq-ədalət ummaq yersizdir. Ona görə də, N.Abbasov məhkəminin sonunda belə bir qətnamə çıxarır: “... Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 24.12.2012-ci il tarixli qətnamə ləğv edilsin. Kəmalə Nuru qızı Əskərovanın cavabdehlər “Bank of Azərbaycan” ASC-yə, “Paşa” MMC-yə, Qənirə Eldar qızı İsmayılovaya və Bakı Şəhəri 19 saylı Dövlət Notariat Kontoruna qarşı Kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin.” Bizimlə söhbətində X.Əskərov çox maraqlı məqama toxundu: “Yaxşı, tutaq ki, Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsini qərarını ləğv elədi, çox gözəl. Axı, bu qərarla dələduzluğu sübut olunan Qənirə İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda da cəzasını çəkir. Əgər Natiq Abbasov hesab edirsə ki, Nəsimi Rayon Məhkəməsi düzgün qərar çıxartmayıb, onda zəhmət çəkib Qənirə İsmayılovanı da azadlığa buraxsın. Əgər yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edirsə, təbii ki, tutulanlar da buraxılmalıdır. Mənim bu sualıma hakim Natiq Abbasov cavab verə bilmədi.” Doğurdan da, çox qəribə hal yaranır. Bir məhkəmə o biri məhkəmin qərarını ləğv edir, ancaq tutulan içəridə qalır. Yəqin ki, hakim kimi Natiq Abbasov məhkəmə hüquq sistemində yeni qanun kəşf edib. Həmin qanuna görə məhkəmə qərarı ləğv edilir, ancaq həmin qərarla tutulanlar yenə də həbsdə qalır. Təbii ki, bu “kəşf”ə həm Məhkəmə Hüquq Şurasının sədri, həm də Ədliyyə Naziri kimi hörmətli Fikrət Məmmədov münasibət bildirəcək. X.Əskərovun həyat yoldaşı K.Əskərova haqlı olaraq Apellyasiya Məhkəməsinin bu qanunsuz qərarından Ali Məhkəməyə müraciət edir. Çox təəssüf ki, Ali Məhkəmənin 10.01.2014-cü il tarixli, hakim İslam Əliyevin sədrliyi ilə keçirilən iclasınının qərarı da Apellyasiya Məhkəməsinin qərarından fərqlənmir: “... Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əskərova Kəmalə Nuru qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-2213 saylı 12 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.”
Konstitusiya Məhkəməsində mürgü vuran iş...
Xaliq və Kəmalə Əskərovların son ümidi Konstitusiya Məhkəməsinə qalır. Bu orqanda isə Əskərovların şikayəti 8 ay mürgü döyəndən sonra, “İşə baxılması rədd edilsin” kimi qərar çıxarılır. Maraqlıdır, görəsən Konstitusiya Məhkəməsi 8 ay nəyi araşdırıb ki, işə baxılmasını rədd edib? Bəlkə bu 8 ayda Əskərovların mülkü “Bank of Azərbaycan”ASC-dən alınaraq özlərinə qaytarılıb? Yoxsa bu 8 ayda Qənirə İsmayılova vurduğu ziyanı Əskərovlara ödəyərək azadlığa çıxıb? Axı, fakt göz önündədir ki, dələduzluq olub və dələduzluq edənlər də cəzasını alıb. Bəs, Konstitusiya Məhkəməsi bu 8 ayda nəyi araşdırıb? Ümumiyyətlə, adi bir mülki işin 8 ay araşdırılmasına ehtiyac vardımı? Çox istərdik biz bu sualları Konstitusiya Məhkəməsinin sədri hörmətli Fərhad Abdullayevə verək. Onsuz da, KİV qanununa uyğun olaraq istənilən şəxsin mövqeyni qəzetimizdə dərc etməyə hazırıq. Gəlin bu barədə şikayətçi X.Əskərovun özünü dinləyək: “Məlum olduğu kimi “Bank of Azərbaycan”ASC Nəqliyyat Naziri Ziya Məmmədova və onun ailəsinə məxsusdur. İndi yəqin sizə də məlum olur ki, nəyə görə məhkəmələr bilə-bilə qanunsuzluğa gedirlər. Görünür, Ziya Məmmədova qarşı durmaq hakimlərin gücündə deyil. Ancaq vəzifəsi Ziya Məmmədovdan qat-qat üstün olan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bəs niyə ədaləti bərpa etməyib? Cavabı çox sadədir. Özüm şəxsən araşdırmalar aparmışam və müəyyən etmişəm ki, Ziya Məmmədov bu işin bağlanması üçün külli miqdarda xərcə salınıb... İstəsəniz pulun dəqiq miqdarını növbəti sayınıza qədər öyrənib deyərəm. Həmin pul kiməç və kimin vasitəsi ilə çatdırılıbsa, adını, qəzet üçün yox, sizə deyə bilərəm (“Təzadlar”a artıq bu adlar bəllidir.Red.). Çünki həmin adamın heç bir günahı yoxdur. O, sadəcə verilən pulu ünvanına çatdırıb. Ona görə də onun zərbə almasını istəmirəm.” Görəsən, əlavə şərhə burada ehtiyac varmı? Ancaq yenə də, axı, vətəndaşın son ümid yeri, yəni əli bütün məhkəmələrdən üzüləndən sonra Konstitusiya Məhkəməsinə qalır. İnanır ki, bu, artıq son instansiyadır və yəqin dərdinə əlaç edərlər. El arasında bir misal yada düşür: “Hamı dəli olanda mollanın yanına qaçır, bəs, molla dəli olanda kimin yanına qaçsın?” Yalnız ciblərini düşünən məmurlara görə Xaliq Əskərov ağır xəstəlik tapıb... Bu xəstəliyi müalicə etmək üçün isə, X.Əskərov maşınını, Nərimanov rayonu, S.Rəhman küçəsi 943-cü məhəllə, ev 45, mənzil 65-də, “Novostroyka”da olan 3 otaqlı mənzilini sataraq, evsiz qalır. Hazırda Əskərovlar ailəsi kirayədə yaşamaq məcburiyyətindədir, qeydiyyat ünvanları isə Nərimanov rayon Polis İdarəsidir. Buyurun, bir qrup dələduzun və onlara havadarlıq edən bəzi məmurların günahından görün, evi, obyekti, maşını olan insan nə günə qalıb? Ona görə də X.Əskərov itirdiklərini bərpa etmək üçün bu günlərdə Prezident Administrasiyasında qəbulda olub. Orada X.Əskərovu çox anlayışla qarşılayıb və yenidən Konstitusiya Məhkəməsinə müraciət etməsini məsləhət görüblər. Təbii ki, həmin xeyirxah insanların bu ali quruma zəng etməsindən sonra. Artıq həmin zənglə X.Əskərov Konstitusiya Məhkəməsində bir daha olub və işə yenidən baxılması üçün ərizə yazılması xahiş edilib. Artıq lazımı ərizə Konstitusiya Məhkəməsinə təqdim edilib. İnanırıq ki, bu dəfə həmin ərizə Konstitusiya Məhkəməsində 8 ay yatmayacaq və hörmətli Fərhad Abdullayev öz adını və dövlətin imicini qorumaq üçün nəhayət, haqq-ədaləti bərpa edəcək. Bununla belə, “göz gördüyündən qorxar” prinsipi ilə Xaliq və Kəmalə Əskərovlar bütün başlarına gələnlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkənin birinci xanımı UNESCO və İSESCO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Korrupsiya faktları ilə bağlı Baş prokuror cənab Zakir Qaralova, İnsan hüquqları üzrə müvəkkil Elmira xanım Süleymanovaya rəsmi müraciət göndəriblər. İnanırıq ki, hörmətli Prezidenti cənab İlham Əliyev hakimlərin və Notariat Kontorlarının qanunsuzluğa yol verən, bununla da dövlətimizin adına ziyan gətirən, vətəndaşları qəsdən dövlətdən narazı salan məmurlar barədə ciddi ölçü götürülməsinə göstəriş verəcək və günahkarlar layiqli cəzalarını alacaqlar. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları çəkilən hər bir kəsi dinləməyə hazırıq. (Davamı var)
\\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
|