“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                 

Azərbaycan Texnologiya Universitetində talançılıq DAVAM EDIR
Tarix: 18-01-2016, 08:50 | Çap et
Azərbaycan Texnologiya Universitetində talançılıq
DİA.AZ: - Redaksiyamıza Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində baş verən özbaşınalıqlarla bağlı yeni məqalə göndərilib. DİA.AZ olaraq həmin məqaləni təqdim edirik: “Son vaxtlar dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində dünya iqtisadiyyatında baş verən böhranlı vəziyyət bir çox ölkələri, o cümlədən AR hökumətini də iqtisadi islahatlar aparmağa məcbur etdi. Bu sahədə ölkə prezidenti təcili tədbirlərin görülməsi üçün müşavirələr keçirir, böhranın ölkə vətəndaşlarının durumuna təsirini minimum səviyyəyə salınması üçün tədbirlər görür. İlham Əliyev NK-nin son iclasında da bəyan etdi ki, bəzi idarə və müəssisələr lazımsız ştatlar açaraq, həmin ştatda işləyənlərin hesabına pullar köçürür və maliyyə vəsaitlərini talayırlar. Həmin müşavirədə çıxış edən maliyyə naziri S.Şərifov da 2019-cu ilədək qənaət rejimində işləyəcəklərini bəyan etdi.

Ölkədə bütün səviyyələrdə maliyyə vəsaitlərinin səmərəli, məqsədyönlü və qənaətləxərclənməsi yüksək səviyyələrdə tələb edilsə də “qeyri-adi” idarəetmə sistemi ilə idarə olunan Azərbaycan texnologiya universitetində talançılıq davam edir. Akif və Şamil Süleymanovların universitetdə qurduqları yarıtmaz idarəçiliyin mahiyyəti məhz universitetin maliyyə ehtiyatlarını talamaqdan ibarətdir. Keçmiş nazir Əli Abbasovun dəstəyi ilə rektor təyin olunan Akif Süleymanovun idarəçilik “qabiliyyəti” oğlunun da ona kömək etməsinə baxmayaraq yalnız pul mənimsəməyə “qadirdir”. Onun necə rektor və hansı səviyyədə idarəetmə qabiliyyətinin olması, ATU-nun Elmi Şurasının youtube-də yayımlanan iclasına baxdıqda məlum olur (Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasında “qoçuluga” çağırış, https://www.youtube.com/watch?v=2IP-5emFfwc). Həqiqətən də 16.12.2015-ci il tarixdə dia-az.life saytında nəşr olunmuş yazıda (http://www.dia-az.life/?do=search&subaction=search&story=az%C9%99rbaycan+texnologiya+universitetind%C9%99+h%C3%BCquqi+nihilizm&x=5&y=3) təhsil naziri M.Cabbarova müraciət edərək ondan Akif və Şamil Süleymanovlara ATU-nun nihilist obrazının-BAZAR UNİVERSİTETİNİN yaradılmasına imkan verməmək xahiş edilmişdi. Universitet Elmi Şurasının iclasına baxan hər kəs bu təhsil ocağının əsl bazar olması qənaətinə gələ bilər. Çıxışlardan görünür ki, rektor başda olmaqla Elmi Şura üzvlərinin əksəriyyəti özbaşınalıq və qanunazidd əməllərlə məşğuldurlar və “hər ağızdan bir avaz gəlir”. Elmi Şurada hərcmərclikdir və rektor onu özünəməxsus formada “idarə edir”.

Deməli hörmətli nazir M.Cabbarov hələ ki, Akif və Şamil Süleymanovlara “dur” deməyə tələsmir. Səbəb isə yenə də suallar yaradır:

-Əli Abbasovun işdən uzaqlaşdırılmasından sonra Süleymanovları həqiqətənmi M.Cabbarov müdafiə edir?

-M.Cabbarov həqiqətənmi Şamildən aldığı hədiyyəyə görə Süleymanovlar qarşısında “borclu” duruma düşüb?

-universitetin maliyyə vəsaitlərinin talanması ilə məşğul olan oğul Süleymanov həqiqətənmi əməllərini nazir müavini Ceyhun Bayramovla razılaşdırır?

-ölkə başçısının “məmurlar və vəzifə sahibləri ictimai rəyə ciddi yanaşmalı və reaksiya verməlidirlər” fikri M.Cabbarov və C. Bayramova da aiddirmi?

-M.Cabbarov və C.Bayramov həqiqətənmi Akif Süleymanova mənimsədiyi 3.000000(üç milyon) manat vəsaiti universitetin büdcəsini talayaraq ödəmək üçün şərait yaradıblar?

-maliyyə nazirinin müavini, C.Bayramovun qardaşı, A.Bayramovun bu məsələlərə nə qədər aidiyyatı var? və s.

Suallara cavab maraq doğurur. Təbii ki, həm də sual ünvanlanan şəxslərin səmimi münasibəti və məsələyə biganə qalmaması.

Universitetin pullarının talanması barədə əvvəllər də bir çox KİV-lərdə məlumatlar yetərincə verilib. Lakin əlavə məlumatlar bəlkə müvafiq səlahiyyət sahiblərini hərəkətə keçməyə nəhayət ki, vadar etdi.

Təhsil tarixində görünməmiş haldır ki, universitetdə və təhsil sistemndə analoqu olmayan hallar məhz Süleymanovlar tərəfindən həyata keçirilib. Bir neçə fakt sadalayaq:

1.Universitetdə Təlim-tərbiyə İşləri üzrə Prorektor vəzifəsi olduğu halda Süleymanovlar qanunazidd olaraq “Tərbiyə işləri üzrə koordinator” vəzifəsi təsis edərək Şamilin Əmənov Rauf adlı dostunu həmin vəzifəyə təyin etdirmiş və ona 1650 manat əlavə maaş “müəyyən edib”. Təlim-tərbiyə İşləri üzrə Prorektor isə cəmi 500 manat vəzifə maaşı və 26 manat əlavə maaş alır.

2.Bütün müəssisələrdə olduğu kimi ATU-da da “Hüquqşünas” ştatında çalışan var. Lakin nədənsə bu müəssisədə həmin ştatda iki nəfər işləyir. Yəni, “qızın iki adaxlısı var”, yaxud, hüquqşünas ştatı “balalayıb”. Daha maraqlısı odur ki, Şamilin dostu olan hüquqşünasElnur Əliyev (başqa yerdə tam ştatda işlədiyi halda) yarım ştat üçün 650 manat əlavə maaş aldığı halda, əvvəldən bu ştatda işləyən Şakir Əliyev cəmi 64 manatla “kifayətlənməli” olub.

3.Universitetin mühasibatlığında kifayət qədər təcrübəli işçilər işləməsinə baxmayaraq, universitetin büdcəsindən silməyi planlaşdırdıqları pulların izini itirmək üçün əlavə “Auditor” statı “təsis edərək” ora Fuad Bayramlı adlı bir təriqətçinitəyin etmiş və ona da əlavə maaş kimi 2000 manat verilməsi barədə “qərar qəbul ediblər”.

4.Son üç ayda işə götürülən 45 nəfər işçinin hər birinə 650-2500 manat əlavə maaş verən Süleymanovların bu talama əməllərinə nə ad vermək olar? Universitetdə əməyi olan professor cəmi 32 manat əlavə maaş aldığı halda öz dostlarına böyük məbləğdə əlavə maaş verən Süleymanovların bu əmələri nə vaxt araşdırılaraq cavabını alacaq? Hələ universitetin təmiri və müxtəlif mallarla təchizatı sahəsində işlərə silinən böyük məbləğdə pullar barədə danışmırıq. Bu başqa mövzudur və bu barədə də araşdırmamız olacaq.

Bütün bunlarla yanaşı Akif Süleymanov universitetin bir neçə əməkdaşından borc adı ilə böyük məblğdə pul aldığı da ortaya çıxıb. “Mənə kömək edin, pulunuzu qaytaracam” deyə əməkdaşları aldadan rektor sonradan həmin pulları qaytarmaqdan yayınmağa çalışır. Özünü “xəstəliyə vuran” rektor borc yiyələrinə “məni əsəbləşdirmək olmaz, xəstəyəm” deyə cavab verir. Əgər həqiqətən xəstədirsə, bu iştah onda hardandır?

Vəziyyəti belə görən borc yiyələri məsələni hüquqi müstəvidə həll etməyə məcbur olublar və artıq onlar hüquq-mühafizə orqanlarına, konkret olaraq Respublika prokurorluğu yanında Korrupsiyaya Qarşı mübarizə idarəsinə müraciət ediblər.

Qeyd edək ki, 2015-ci ilin may ayında Akif Süleymanova qarşı adı çəkilən idarədə maliyyə vəsaitlərini külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi açılıb. Görəsən bu məsələlər qısa müddətdə başa çatdırılaraq Akif Süleymanovun əməllərinə hüquqi qiymət veriləcəkmi?

Ümid edirik ki, M.Cabbarov və C.Bayramovun kölgəsinə sığınaraq talanla məşğul olan Akif Süleymanova hüquq-mühafizə orqanlarında və istintaqçıların kölgəsində yer olmayacaq”.

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru