Əsas Səhifə > Gündəm, Manşet > 500-dən çox məhbus əfv olunacaq

500-dən çox məhbus əfv olunacaq


21-05-2018, 08:31
500-dən çox məhbus əfv olunacaq
“28 May - Cümhuriyyət bayramı ərəfəsində əfv amnistiya səviyyəsinə akt olacaq. Əvvəlki illərdəki əfvlərin hamısından say etibarı ilə daha çox məhbus əfv ediləcək”. Bu barədə “Yeni Müsavat” qəzetinə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib.

Komissiyanın üzvü bildirib ki, Əfv Məsələləri Komissiyası sənədləri yekunlaşdırıb, prezident İlham Əliyevə təqdim edib: “Bu ilin fevral ayından işə başlayan Əfv Komissiyası əvvəlki illərə nisbətən daha məhsuldar işləyib. Komissiyanın hər iclasında yüzdən artıq, ümumilikdə 1500-ə yaxın sənədə baxılıb. Hər sənəd bir insan taleyidir. İclaslar çox gərgin və məhsuldar keçdi. Güman ki, bu həftə prezident əfv sərəncamı imzalayacaq. Müraciət edənlərdən 500-dən çox məhbusun əfv edilməsi gözlənilir. Bu da xeyli insanın, ailənin sevinci deməkdir”.

Məcid onu da qeyd edib ki, Komissiyanın iclasında şəxsən müraciət edənlər, Komissiyanın sədrinə, üzvlərinə, yaxud prezidentə müraciət edənlərin işlərinə baxılıb. Bəzi məhbuslar var, şəxsən müraciət etməyib, onların adlarını İşçi Qrupu tərəfindən təqdim olunub. Onların işinə baxılmır. Əfv Məsələsi Komissiyasında müxtəlif cinayət törətmiş insanların müraciətlərinə baxılır. Onlardan eləsi var ki, törətdiyi cinayətlərə baxanda cinayətin ağırlığına görəndə heç bir normal insan əfv olunmasını istəməz.

“Ömürlük məhbuslar məsələsi hər dəfə Əfv Komissiyasının iclasında gündəmə gəlir. 20-25 ildən çox yatan məhbuslar var ki, onlarla bağlı hansısa ümidverici addım atılacağına ümid edirlər. Bununla bağlı müzakirələrdə qərara alındı ki, komissiya üzvü olan hüquq-mühafizə orqanlarının rəhbərləri bu barədə müzakirələr aparsın və gələcəkdə bu məsələni gündəmə gətirsinlər, Komissiyanın iclaslarına çıxartsınlar”, - deyə Rəşad Məcid əlavə edib.

Geri qayıt