Əsas Səhifə > Gündəm, Manşet > "Günüm bankda əhalinin söyüş və qarğışlarına qulaq asmaqla keçdi"
"Günüm bankda əhalinin söyüş və qarğışlarına qulaq asmaqla keçdi"2-06-2018, 10:08 |
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Kapital Bank"ın İdarə heyətinin sədri Rövşən Allahverdiyevə şikayət məktubu göndərib. Məktubda bildirilib ki, bankın "28 may" filialı vətəndaşlara keyfiyyətli xidmət göstərə bilmir. Cebhe.info-ya məlumat verən Eyyub Hüseynov bildirib ki, 29, 30, 31 may və 01 iyun 2018-ci il tarixlərində təşkilatın rəhbəri olaraq günü əhalinin söyüş, qarğışlarına qulaq asmaqla "Kapital Bank"ın “28 may” filialında keçib. Təşkilata məxsus 251 AZN-ı almaq müşkülə çevrilib: "Bankda gözləmə zalında əsəbini boğa bilməyən Q.Şahbazov isə ona məxsus 1000 AZN-nın, 500 AZN-nı almağa güclə müvəffəq oldu. Bank işçiləri mərkəzə zəng edir, İbrahim cavab vermir, Tural işdə deyil, Gündüz yoxdur, Rəvan yerində deyil, avtorizasiya edənlə əlaqə yaratmaq mümkün deyil və s. cavablar verir. Otur gözlə, axşam olur “Bank” bağlanır və s. kimi əsəbi nağıllar baş verir. Düşünürəm ki, özünə hörmət edən heç bir bank rəhbəri belə əcayib, biabırçı iş qurmamalıdır. Bir daha əmin oldum ki, Dünya Bankının mənimlə görüşən nümayəndələri haqlı olaraq məndən niyə soruşurlar ki, “Əhalinin banklara inamını necə artırmaq olar?”. Bəli, belə biabırçı banka heç kim inam bəsləməməli və özünü aldatmamalıdır”. AİB sədri bildirib ki, bu məsələyə baxılmasını bütün Azərbaycan istehlakçıları adından xahiş edir. Geri qayıt |