Əsas Səhifə > Gündəm, Manşet > "Bank of Baku" məhkəmə yolu ilə vətəndaşı necə müflis edir...

"Bank of Baku" məhkəmə yolu ilə vətəndaşı necə müflis edir...


31-07-2018, 08:52
"Bank of Baku" məhkəmə yolu ilə vətəndaşı necə müflis edir...
DİA.AZ: - Qobustan rayon, Qaracüzlü kənd sakini Hüseynov İbrahim Məhəmməd oğlu bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən də bir azərbaycanlı kimi bankdan ("Bank of baku") kredit götürüb problemimi həll etmişəm. Bankdan götürdüyüm 3500 dollar pulun bir hissəsini qaytarmışam. Qalıq 2660 dollar idi. Xəstəliyimlə bağlı (onurğa disk yırtığı) əvvəlki kimi fiziki iş görüb pul qazana bilmirəm. Bank məni məhkəməyə verdi. Mən də söz verdim ki, hər ay 50-100 manat pul hissə hissə banka ödəyəcəyəm. Lakin buna baxmayaraq Qobustan rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, iş N- 125694/ 2018-32-4 saylı Qəaraına əsasən məndən və mənə zamin durmuş Qax rayon sakini Hacıyev Coşqun Mənsur oğlundan müştərək qaydada cəmi faizlə birlikdə 3957 dollar borc Bankın xeyrinə tutulması bildirilmişdir.

Mən etiraz edirəm ki, əgər mən əsas borcluyamsa, Qərarda elə mənim əmlakıma həbs qoyulması kifayət etmirmi ki, hələ mənim götürüdüyüm pula görə zamin duran şəxsdən də borcun ödənilməsi tələb olunur?

Hazırda mən borcu hissə-hissə ödəməkdəyəm. Budur, hər gün Qax rayon İcra şöbəsi məmurları mənə zamin durmuş Coşqunun evinə gedib borcun ödənilməsini ailəsindən tələb edirlər. Xatırladım ki, Coşqun Hacıyev keçmiş hərbçidir və onkoloji xəstədir. Hazırda Rusiyada müalicə olunur. Belə vəziyyətdə onun ailəsinin hər gün narahat edilməsi nə insanlığa, nə müsəlmançılığa, nə də hüquqa yaraşmır. Borcu mən götürmüşəm və mən də cavabdehəm. Əl çəkin günahsız vətəndaşdan.

Sizdən çox xahiş edirəm ki, mənə zamin durmuş Qax rayon sakini Hacıyev Coşqundan mənim əvəzimə müştərək qaydada pul tutulması icrasının dayandırılmasına göstəriş verəsiniz. Mən də öhdəlik götürürəm ki, bankın pulunu hissə-hissə ödəyəcəyəm".

Geri qayıt