Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycanın 2 telekanalı çöküş ərəfəsində...
Azərbaycanın 2 telekanalı çöküş ərəfəsində...24-09-2018, 09:22 |
Bu ilin yanvarından “Lider” telekanalının əməkdaşları maaşlarını ala bilmirlər. AzEuroNews.com-a verilən xəbərə görə, yanvara qədər işçilərə verilən əmək haqlarının yarısı kart, yarısı əlbəəl ödənilirdi. İlin ilk ayından televiziya işçiləri maaşlarını kartla almağa başlayıblar ki, bu da cəmi aylıq 200 manatdır. Son iki ayda isə kartdan yalnız 100 manat çıxara biliblər. Maaşların vaxtında verilməməsi heç bir səbəblə izah olunmur və problemin həll olunacağına vəd verilir. Amma 9 aydır ki, işçilər pulsuz qalıblar. Narazı işçilər telekanal rəhbəri Ədalət Əliyevin qəbulunda olmaq istəsələr də, köməkçiləri onları içəri buraxmayıblar. Şikayət edənlərdən isə bəziləri işdən azad olunub. Əldə etdiyimiz xəbərə görə, eyni problem “Space” telekanalında da yaşanır. Telekanal əməkdaşları 4 aydır ki, maaş almırlar. Onlara maliyyə probleminin olduğu və yoluna qoyulacağı söz verilə də, maydan bəri işçilər əmək haqlarını ala bilmirlər. Geri qayıt |