Əsas Səhifə > Gündəm, Manşet > Uşaq bağçaları rüşvət yuxalarına çevrilib...

Uşaq bağçaları rüşvət yuxalarına çevrilib...


28-09-2018, 08:58
Uşaq bağçaları rüşvət yuxalarına çevrilib...
GundemXeber.Az bildirir ki, son zamanlar sanki bağça müdirləri arasında “rüşvət yığma yarışı” start götürüb və təəssüflər olsun ki, bu hal əksər uşaq bağçalarında hökm sürməkdədir. Redaksiyamıza daxil olan şikayətlərdən belə aydın olur ki, "pulyığma yarışında" ən çox canfəşanlıq edənlərdən biri də 184 saylı usaq bağçasının müdirəsi Vəliyeva Sevda Dadaş qızıdır.

Verilən məlumatlarda o da vurğulanır ki, müdirə bağçadakı əksər qruplarda boş yerlər olmasına baxmayaraq, valideynlərə yer olmadığını bildirir və yalnız onlarla razılaşdıqdan sonra usaqlarını bu məktəbəqədər təhsil müəssisəsinə qəbul edir. Bu barədə bir çox valideynlər bildirib ki, dəfələrlə baxçaya ged-gəl ediblər ,amma bağçadan bildiriblər ki, uşaq bağçasında boş yer yoxdur . Tanış valideyinlərin vastəsi ilə öyrənilib ki, uşaq bağçasında uşaqı qediyyata almaq üçün 400-500 AZN məbləğində bəri başdan müdrə Sevda Vəliyevaya pul ödəməlidir. Həmin ödənilən məbləğ isə tərbiyəçilər arasında bölünür. Adının açıqlanmasını istəməyən valideyn bilirib ki, bu barədə aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də təssüf ki, heç bir tədbir görülməyib. Sonrada məcbur qalıb 400 azn pulu ödəyib uşağımızı bağçaya qoyduq. Müdirə isə valideyinlərə bildirib ki, həmin məbləğdə olan pul mənə çatmır yuxarının haqqıdır. Ona görə də hara şikayyət etsəniz xeyiri yoxdur.Narazı olan valideynlər aidiyyatı orqanlara müraciət etsələr də, təəssüflər olsun ki, onların şikayətləri qulaq ardına vurulur və nəticəsiz qalır. Bu məqamın özü bağça müdirlərinin qeyri-qanuni biznesinin yuxardan idarə edilməsinə dair şübhələr yaradır. Digər məlumatlı şəxsin bildirdiyinə görə isə, Sevda Vəliyevanın icra sturukturunda himayədarı var. Elə bu səbəbdəndir ki, müdirə heç kəsdən çəkinməyərək rəhbərlik etdiyi bağcaya uşaqları pulla götürür və eləcə də oraya ayrılan ərzaqların da əksəriyyətini mənimsəyərək, körpələrin qidalanması məsələsini də özünün qazanc mənbəyinə çevirib. Sevda xanımla əlaqə yaratdıq. lakin bu barədə heç bir açıqlama vermək istəmədi. Bildirdi ki, şikayətçi valideyinləri mənə yönləndirin mən onlarla “dil” taparam.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt