Əsas Səhifə > Gündəm, Manşet > Ceyhun Bayramov bundan xəbər tutsa...

Ceyhun Bayramov bundan xəbər tutsa...


3-10-2018, 09:16
Ceyhun Bayramov bundan xəbər tutsa...
Azərbaycanın təhsil sistemində baş alıb gedən problemlərin həll olunması belə getsə uzun sürəcək. Son illər bu sistemdə ardıcıl olaraq baş verən bir neçə dəyişiklik bunu deməyə əsas verir. Misir Mərdanovun uzun müddətli çabalarından sonra, Mikayıl Cabbarovun bu sahəyə rəhbərliyi dönəmində hər şey alt-üst oldu. Təhsil sistemindən başı çıxmayanların bu sahədə yüksək vəzifələrə yerləşdiriliməsindən sonra orta məktəblərdə də problemlər artmağa başladı. Bu gün Təhsil Nazirliyinə rəhbərliyə başlamış Ceyhun Bayramov da artıq öz kadrlarını yerləşdirməyə başlayıb. Tahsil sistemindən heç bir anlayışı olmayanların bu sahəyə kütləvi axını isə bu sahənin gələcəyini kölgə altında qoyur.

Necə ki, bu Sumqayıt şəhərinin təhsil sistemini artıq kölgədə qoyub. Bu gün Sumqayıtda fəaliyyətdə olan orta məktəblərin 18 başsızdır. Niyə bilirsinizmi? Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahəyə müdaxiləsinə görə. Son bir neçə ildə Zakir Fərəcov Sumqayıt şəhərindəki orta məktəblərin direktorlarını yeri gəldi, gəlmədi işdən uzaqlaşdıraraq yerinə təhsil sistemindən anlayışı olmayan yerlilərini yerləşdirmək istəyir. (Bu ayrı bir məqalənin mövzusudur-red.) Təhsil Nazirliyi isə onun dediklərinin bir neçəsini direktor təyin etmək məcburiyyətində qalıbsa, bir çox məktəblər hələ də direktorsuz fəaliyyət göstərir.

Sumqayıtdakı 11 saylı tam orta məktəb də bu qəbildəndir. Sözügedən məktəbə iki il bundan əvvəl Zakir Fərəcov təqdimatla İlahə Həsənlini direktor təyin etdirmək istəyib. İlahə Həsənli İcra başçısı Zakir Fərəcovun yerlisidir. İcra başçısının yerlisi olan bu xanım da Azərbaycanda görunməmiş bir ilkə imza atıb. Belə ki, 11 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini işləyən Abbasov Teymur Zahid oğlunu işdən çıxarmaq üçün üç dəfə əmr verib. Səhv etmiriksə işçinin tutduğu vəzifədən çıxarılması üçün bir əmr kifayət edir. Əmrdə də hansı səbəbdən çıxarıldığı mütləq göstərilir. Yəni,başqa işə kecməsi ilə əlaqədar, işdə buraxdığı ciddi nöqsanlara görə, və s. Bəs görəsən İlahə laçınlı Abbasov Teymuru işdən çıxararkən verdiyi 01.06. 2016-cı il 47 saylı, 02.06.2016-cı il 48 saylı və 01.06.2016-cı il 49 saylı əmrlərdə səbəb nə göstərib? Abbasov Teymur işə bərpa olunmaq üçün Sumqayıt Məhkəməsinə müracət edib və işə bərpa olunub. Sumqayıt Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Oktyabrın 1-də Teymur Abbasov işə çıxmalı olduğu halda İlahə laçınlı Ali Məhkəməyə müraciət edib. Vətəndaşı bu qədər süründürməçiliyə vadar etməkdə görəsən İlahə Həsənlinin məqsədi nədir? Əldə etdiyimiz məlumatlara görə, burada İlahə Həsənlinin o qədər də günahı yoxdu. Ona deyilənlərı etmək məcburiyyətindədir. Ona isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov göstərişlər verir. Hansı ki, həmin Teymur Səmədov bir neçə il öncə Sumqayıt şəhər Təhsil İdarəsinə beş altı ay rəhbərlik etmişdi və işdə buraxdığı ciddi nöqsanlara görə sabiq nazir Mikayıl Cabbarov tərəfindən biabırcasına azad olunmuşdu. Teymur Səmədov hazırda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşısa da, bir əlini şəhər məktəblərinin üzərindən hələ də çəkməyib. Təbii ki, ona bu sərbəstliy icra başçısı Zakir Fərəcov verib.
//aktualinfo.org//

Geri qayıt